Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-11-2014, 13:15)
“Dünyanın hansı müasir ölkəsində Elmlər Akademiyası var?“

“Dünyanın hansı müasir ölkəsində Elmlər Akademiyası var? Hətta Rusiya belə Sovet erasından qurtarmaq istəyir. Guya, elmi maliyyələşdiririk. Özümüzü aldatmayaq”

 

Bu sözləri deputat Asim Mollazadə Milli Məclisdə 2015- ci ilin dövlət büdcəsinin  müzakirəsi zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı bir sıra ssenariləri təhlil edir: “Düşünürəm ki,  buna həqiqətən ehtiyac var. Çünki son məlumatlara görə, beynəlxalq bazarlarda neftin qiyməti bizim müəyyənləşdirdiyimiz qiymətdən azdır. Çox güman ki, müvafiq siyasi tələblərə və dünyada gedən proseslərə görə bu qiymətlər daha da aşağı düşəcək. Ayın 28-də Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) görüşü olacaq. Həmin görüşdə bır sıra ölkələr neftin qiymətinin aşağı düşməsini dəstəkləyəcək. Biz də müvafiq variantlara hazır olmalıyıq. Bu nə deməkdir? 10 il ərzində Azərbaycan sürətlə inkişaf edib. Azərbaycan neftçilərinin əməyi nəticəsində ölkəmizin iqtisadiyyatı çox gözəl inkişaf etdi. İndi isə vaxt gəlib ki, biz bir neçə istiqamətlərə daha ciddi baxaq. 
Biz müvafiq islahatları həyata keçirə bilməsək, Azərbaycan xalqının səhiyyəsini təmin edə bilməyəcəyik. Ölkəmizin təhsil sistemini inkişaf etdirməliyik. Söhbət hətta məktəbəqədər təhsildən də gedir. Baxın, bir neçə türk məktəbi bağlandı. Hətta millət vəkilləri də təşviş içində oldular ki, keyfiyyətli məktəb səviyyəsi yoxdur. Deməli, müvafiq islahat olmalıdır ki, biz universitetlər üçün yüksək səviyyədə tələbələri hazırlayaq”.
Asim Mollazadə büdcədən elmə ayrılan vəsaitin artıq olduğunu vurğulayıb. O bildirib ki, əvvəlcə “Elm haqqında” qanunu qəbul etməliyik:
“Dünyanın hansı müasir ölkəsində Elmlər Akademiyası var? Hətta Rusiya Sovet erasından qurtarmaq istəyir. Guya ki elmi maliyyələşdiririk. Biz bu gün Azərbaycan vətəndaşlarını, hətta Gürcüstan xəstəxanalarına göndəririk. İran səfirliyinin qarşısında viza üçün növbələr dayanıb. Biz büdcədən dərman almaq üçün müəyyən vəsait ayırmışıq. Bu vəsaitlə alınan dərmanlarla müalicə etmək olmaz. Özümüzü aldatmayaq. Camaat öz cibindən dərmanları almağa məcbur olur. Büdcədən müəyyənləşdirilən vəsaitlər heç olur. Mən də təklif edirəm ki, Maliyyə Nazirliyinin imkanları genişlənməli və maliyyə nəzarəti artmalıdır. 10 il ərzində Azərbaycan parlamenti investisiya yönümlü büdcəni təsdiq edirdi. Bu çox gözəl idi. Bir neçə struktur yaxşı layihələr həyata keçirdi. Axı Samir müəlim, (Samir Şərifov) siz nəzarət edə bilirsiniz ki, 10 il bundan qabaq iqtisadiyyatımızı şaxələndirmək üçün qoyduğumuz sərmayənin gəliri büdcəyə gəlir ya yox?  Bu yetərincədirmi? Turizm sahəsində möhtəşəm otellər tikilib. Amma bunun üçün mütəxəssis yoxdur. Söhbət tək universitetlərdən getmir. Amma bunu hazırlayan peşə məktəblərimiz də yoxdur axı. Azərbaycan şagirdlərinin yalnız 25 faizi universitetlərə gedir. Bəs qalanlarının peşəsi nə olur?  Biz buna hazır olmasaq, müvafiq beynəlxalq problemlərin də həllinə hazır ola bilməyəcəyik. Çox istərdim ki, peşə təhsili üzrə müvafiq maliyyəni ayıraq və bilək ki, bu ünvanlı maliyyədir. Təhsil, səhiyyə sistemində islahatları təmin edək ki, xərclədiyimiz hər bir manatın nəticəsi olsun”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024