Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (6-04-2021, 12:11)
Deputat “Kapital Bank”ın kreditini qaytarmır? - Özü danışır

Deputat “Kapital Bank”ın kreditini qaytarmır?
Bəzi KİV-lərdə “Kapital Bank”ın deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu borc müqaviləsi üzrə mübahisəyə görə məhkəməyə verməsilə bağlı məlumat yayılıb. Bildirilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.

Məsələ ilə bağlı “Kapital Bank”dan Modern.az-a bildirilib ki, iş hazırda məhkəmədə olduğundan, hər hansı açıqlama vermək istəmirlər.

Deputat İqbal Məmmədov isə Modern.az-a danışarkən iddiaları yalanlayıb. O bildirib ki, heç bir banka kredit borcu yoxdur:

“Məsələnin mənə heç bir aidiyyatı yoxdur. Nə “Kapital Bank” məni məhkəməyə verib, nə də bunun üçün əsas var. Çünki mən Məmmədov İqbal Nəriman oğlu indiyədək nəinki “Kapital Bank”, ümumiyyətlə heç bir bankdan kredit götürməmişəm. Çingiz Məmmədov mənim qardaşımdır. Ola bilər məsələ onunla bağlıdır, amma bunu mənim adıma yazmaqda məqsəd nədir?! Bunu yazanlar Azərbaycanda jurnalistikaya aidiyyatı olmayan, hansısa məqsədlər üçün bu sahəyə gələnlərdir. Məqsədlərinə çatmayanda da bu üsullara əl atırlar”.

İ.Məmmədov deyib ki, 2010-cu ilə qədər kommersiya, bizneslə məşğul olub:

“Lerikdə 600 min iş yeri yaratmışam. İndi belə çıxır ki, deputat olaraq biznesimi kiməsə bağışlamalıydım? Mən deputat kimi bizneslə məşğul ola bilmərəm. Ona görə də bütün biznesimi qohumlarıma transfer etmişəm. Biznesdə kredit də götürülə bilər, borc da verilə bilər. Bunu hardasa “filankəs kredit götürüb, yaxud borc müqaviləsi bağlayıb” kimi yazmağı, xəbərə çevirməyi anlamıram. Ya gərək məmur biznesi ola, rüşvət ola və aparıb harasa investisiya qoyasan ya da bankdan kredit götürəsən. Axı bankdan kredit götürmək qanunsuz bir şey deyil. Dediyim kimi, 2010-cu ildən bu yana ümumiyyətlə, proseslərin mənə aidiyyatı yoxdur”.

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da 6-cı çağırış Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.

İqbal Məmmədov həm də "Kaspi Yıldız" şirkətinin, Lerikdə yerləşən "Relax" istirahət mərkəzinin, “Lerik Broyler” MMC-nin qeyri-rəsmi sahibi kimi tanınır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024