İqtisadiyyat (27-03-2021, 18:49)
QARABAĞA 200 MİLYON DOLLAR... - “Ermənistan defolta gedir...”
Məlum olduğu kimi, bugünlərdə Ermənistan hökuməti Qarabağdakı qondarma rejimə 110 milyard dramm, yəni 200 milyon dollardan artıq vəsait ayırdığını bəyan edib. Maraqlıdır ki, gerçəkdən 44 günlük müharibədə böyük zərbə alan, işğal etdiyi Azərbaycan ərazilərini və deməli həm də oradakı böyük gəlir mənbələrini itirən, nəticədə ən ağır günlərini yaşamaqda olan çökmüş erməni iqtisadiyyatı indiki vəziyyətdə Qarabağ üçün 200 milyon dolları haradan tapır?
“AzPolitika.info” xəbər verir ki, Ermənistanda əksər nüfuzlu iqtisadçı ekspertlər iqtisadiyyatın çökdüyü, ölkəninsə xarici və daxili borcları ödəmək iqtidarında olmadığını bəyan edirlər. Ötən gün belə iqtisadçılardan biri olan Tedovos Avetisyan mətbuata açıqlamasında Ermənistanın defolt ərəfəsində olduğunu bəyan edib. Və bildirib ki, defolt elan olunması qaçılmaz görünür.
Xatırladaq ki, defolt bir ölkənin öz maliyyə imkanlarının məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etməsidir. Yəni dövlət bir növ müflis olduğunu, borclarını ödəyə bilmədiyini elan etmiş olur.
İqtisadçı Ermənistandakı indiki vəziyyətin Rusiyanın 1998-ci ildə defolta getdiyi dönəmdəki durumuyla eyni olduğunu bildirib. Həmin vaxt Rusiya hökuməti defolta gedərək, əsas istiqamətlər üzrə borc öhdəliklərini yerinə yetirə bilmədiyini və rublun dollara nisbətdə kursunu stabil saxlamaq imkanının olmadığını elan etmişdi. Bunu xatırladan T.Avetisyan “Ermənistanı 1998-ci ildə Rusiyada olduğu kimi, defolt gözləyir” deyə bildirib. Erməni iqtisadçı bildirib ki, son illər ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) ilə müqayisədə xarici borcu dəfələrlə daha artıq sürətlə çoxalıb: “2020-ci ildəki iqtisadi geriləmə 2021-ci ildə də davam edir. Belədə xarici borca nəyin hesabına xidmət göstəriləcək?” Avetisyan əlavə edib ki, Ermənistan daha çox xarici borc almağa məcburdur, lakin onu ödəmək imkanı yoxdur. Bütün bunların nəzərə alınmalı olduğunu deyən iqtisadçı “Ermənistan stabil addımlarla defolta gedir” deyə bildirib.
Xatırladaq ki, hələ ötən ilin sonlarında, müharibə bitəndən az sonra “Fitch” və “Moodys” kimi beynəlxalq agentliklər regiondakı vəziyyəti təhlil etmiş və Ermənistandakı durumun acınacaqlı olduğu qənaətinə gəlmişdi. Bu isə ölkənin kredit reytinqinin enməsi və ölkənin xaricdən kredit cəlb etməkdə olduqca böyük çətinliklərlə üzləşəcəyi anlamını daşıyırdı. Qeyd edək ki, hələ müharibədən öncə, ötən ilin sentyabr ayında “Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın kredit reytinqini “B+” səviyyəsinə endirmişdi. Agentlik pandemiya səbəbindən Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırmışdı. Bundan sonra baş verən müharibə isə ölkənin vəziyyətini daha da ağırlaşdırdı. Hazırda Ermənistanda adambaşına xarici borc 1900 dollardır və ölkənin bu məbləği qapadacaq potensialı mövcud deyil.
Məlumat üçün bildirək ki, Ermənistanın ÜDM-i 13.5 milyard, büdcəsi isə cəmi 3.5 milyard dollardır. Ölkənin valyuta rezervləri 2.6 milyard dollar dəyərləndirildiyi halda, xarici borcu katastrofik həddədir – təxminən 8 milyard dollar. Yəni valyuta rezervlərindən üç, illik büdcəsindən isə təxminən iki dəfə çox!
Ancaq maraqlıdır ki, belə acınacaqlı statistikaya baxmayaraq, Ermənistan hökuməti Qarabağdakı qondarma rejimə 200 milyon dollar kimi kiçik olmayan məbləğ ayırır. Nikol Paşinyan bu məbləğin təxminən yarısının “Hayastan” Ümumerməni Fondu, digər yarısının isə Ermənistan hökuməti tərəfindən ayrılacağını bildirib. Ermənistanda çoxları Paşinyanın bu addımı iyunda keçiriləcək növbədənkənar seçkini nəzərə alaraq atdığı fikrindədir.
Burada ən əsas məqam isə odur ki, Azərbaycan tərəfi hələlik nədənsə bu baş verənlərə hər hansı rəsmi reaksiya vermir. Lakin mütləq nəzərə alınmalıdır ki, bir ölkənin başqa bir dövlətin ərazisindəki separatçı rejimə maliyyə ayırması həmin dövlətin suveren hüquqlarına təcavüz aktıdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024