İqtisadiyyat (22-03-2021, 14:00)
Türkiyədə dolların bahalaşması Azərbaycana necə təsir edəcək?
“Türkiyə yenə iqtisadi təlatümlərin içərisindədir. Siyasi-hərbi yaxınlıq öz yerində, Azərbaycanın ən böyük ticarət tərəfdaşı kimi bu ölkənin iqtisadiyyatında baş verənləri yaxından izləməyə məhkumuq. Üstəgəl, ən böyük xarici yatırımlarımız da Türkiyədədir”.
"Mediatv.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Ekspert bildirib ki, məzənnə sabitsizliyi və yüksək inflyasiya hazırda Türkiyənin ən ciddi problemlərdir:
“20 ay ərzində 4 dəfə Türkiyə Mərkəzi Bankının rəhbərinin dəyişməsi də bazarın həssaslığını artırır. Qlobal pandemiya iqtisadiyyatı xidmət ixracatından yüksək asılı olan ölkə üçün ciddi əlavə problemlər yaratdı. 2019-cu ildə cari hesablarda yaranan 6.9 milyard dollar profisiti 2020-də 36.7 milyard dollarlı defisit əvəzlədi. Səbəb xarici ticarət kəsirinin 2 dəfə artması, xidmətlər balansının müsbət saldosunun 2 dəfə azalmasıdır. Mərkəzin Bankın ehtiyatları da kritik həddə qədər azalıb. Qızıl-valyuta ehtiyatlarının ümumu həcmi 90 mlrd. dollardan bir qədər çox, net həcmi isə daha azdır. Müqayisə üçün deyim ki, Azərbaycan iqtisadiyyatı Türkiyə iqtisadiyyatından az qala 20 dəfə kiçik olduğu halda 2 ölkənin valyuta ehtiyatları arasında fərq heç 2 dəfə də deyil. Yəni Türkiyə iqtisadiyyatının, eləcə də potensial risklərinin miqyası baxımandan son dərəcə məhdud ehtiyatlara malikdir”.
R.Ağayev qeyd edib ki, Türkiyədə hazırda yaşananlar bir məqamı çox aydın göstərir: “Havayı resurs pulları olmayan siyasi hakimiyyətlər üçün demokratik siyasi, rəqabətli iqtisadi sistem qurmağın alternativi yoxdur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024