Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-03-2021, 13:00)
“Yanacağın bahalaşması, kommunal xərclərin artması...” – İnflyasiya qaçılmazdır?

“Yanacağın bahalaşması, kommunal xərclərin artması...”
"Bəzi sektorlar istisna olmaqla, pandemiya digər bütün sahələrə ağır fəsadlar yaşatdı. Bunlardan ən təhlükəli isə inflyasiya meyillərinin güclənməsidir”.

Bunu "Mediatv.az"-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, pandemiyanın ağır təsirlərinin aradan qaldırılması üçün yatırılmış iri həcmli maliyyə vəsaitləri inflyasiya təhlükəsini artıran başlıca səbəblərdəndir:

"Kommunal xərclərin artırılması da bir müddət sonra infilyasiya yaradan faktorlar içindədir. Buna görə də pandemiyanın mənfi təsirləri, iqtisadiyyata buraxılmış əlavə pul kütlələri, yanacağın qiymətinin qalxması və kommunal xərclərin artırılması kimi ardıcıl baş verən proseslərdən sonra ərzaq və qeyri-ərzaq məhsularında olan qiymət artımını sensasiya kimi qəbul etməyə dəyməz. Bütün bunlar baş verən proseslərin zəruriliyinin ortaya çıxardığı sadə bir qanunauyğunluqdur”.

Ekspertin sözlərinə görə, qeyd edilən hadisələrdən sonra zərurətdən doğan inflyasiya ilə yanaşı, süni qiymət artımına da rast gəlinir: "Buna görə də qiymətlərin zəruri artımından əlavə olaraq, daha da qaldırılmasında maraqlı olan mal və xidmət təklif edən tərəflərə ciddi nəzarət mexanizmi də vacibdir. Qiymətləri zəruri olandan da yuxarı qaldıra bilənlərə isə "işbaz” demək düzgün deyil. Ümumiyyətlə biz çalışmalıyıq ki, "işbaz” sözünü leksikonumuzdan uzaqlaşdıraq. Sözün etimologiyasına varsaq, görərik ki, bu heç də pis bir ifadə deyil.

İş görməyə, biznes qurmağa meyilli olan fərd tipidir. Heç zaman "işbaz” dediyimiz bu fərdlər istəsələr belə süni qiymət artımına nail ola bilməzlər. Çünki rəqabətin olduğu bazar mühitində süni qiymət artımı deyilən bir məhfum yoxdur. Əgər qiymət artıbsa, deməli bunun iqtisadi səbəbləri var. Yox əgər biz doğrudan da süni qiymət artımı müşahidə ediriksə, o zaman bunun səbəbkarı olan təsərrüfat subyektlərinə "işbaz” yox, inhisarçı deyilir. Başqa sözlə, süni qiymət artırma qüdrətində olan təsərrüfat subyektləri inhisarçı adlanır, işbaz yox”.

Müsahibimiz qeyd edib ki, bəzi məhsullarda hətta 30%-dək artım müşahidə edilir: "Bir müddət əvvəl rəqabət haqqında qanunun layihəsi haqda danışarkən deputat Əli Məsimli bununla bağlı iradlarını bildirmişdi. Biz artıq neçə ildir ki, bu qanunun qəbuluna nail ola bilmirik. Deməli, əgər biz bazarlarda süni qiymət artımına qarşı mübarizə aparmaq istəyiriksə, bu zaman ilk növbədə bu qanun layihəsi qəbul edilməli və icrası da ciddi nəzarətə götürülməlidir. Eyni zamanda inhisarçı təsərrüfat subyektlərinə qarşı dövlətin antiinhisar tənzimləmə metodları yenidən işlənib hazırlanmalı və tətbiq edilməlidir.

Bütün bunlar yerli-yerində edilməsə, süni şəkildə olan qiymət artımına qarşı mübarizə heç vaxt fayda verməyəcək. Görülən tədbirlər qısa müddətli effektiv olacaq. Sadə dildə desək, bazarda bir malı və ya xidməti təklif edənin çox olmasına gətirib çıxaran addımlar atmalıyıq. İstehlakçının alternativ seçimləri olmayınca, ona istənilən qiymət diktə ediləcək. Yalnız təbii inhisar formalarında istehlakçının seçimi olmur, onda da dövlət inzibati qaydada tənzimləmə metodlarını tətbiq etməlidir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024