İqtisadiyyat (10-03-2021, 13:26)
“Azərsun”, “Veysəloğlu” kimi şirkətlərin qiymət artımına hökümət niyə səssiz qalır?..
“Qiymət artımında ilk növbədə obyektiv və subyektiv səbəblər araşdırılmalıdır. Dizel yanacağının qiymətinin 34 faiz qalxması mal və xidmətlərin qiymətinin bahalaşmasına səbəb olmalı idi”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Azərsun”, “Veysəloğlu” kimi qida bazarında monopolist mövqeyə sahib olan istehsalçı şirkətlərin bazara çıxardıqları malların qiymətlərini hır gün qaldırmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
“Azərsun”, “Veysəloğlu” kimi qida bazarında monopolist mövqeyə sahib olan istehsalçı şirkətlər bazara çıxardıqları malların qiymətlərini demək olar ki, hər gün qaldırırlar. Qeyd edək ki, son bir ayda qida sektorunda qiymətlər 20-30% arasında qalxıb və bu artım hələ də davam etməkdədir.
Bəs yanacağın qiymətininin artmasından sonra istehlak bazarında qiymətlərin bu qədər artması üçün iqtisadi əsaslar varmı və yaxud da, hesab etmək olarmı ki, istehsalçı şirkətlər yanacağın qiymətini əsas gətirərək süni yolla qiymət artımı məşğul olurlar?
Xatırladaq ki, hər iki halda məsuliyyəti daşıyır. Çünki, əgər yanacağın qiymətinin artımı bu qədər iqtisadi və sosial təsirlər yaradacaqdısa, ölkədə inflasiyanın artmasına təkan verəcəkdisə, o zaman hökümətin bu addımı nəyə xidmət edir və yanacağın qiymətinin artması hansı qaçılmaz zərurətdən ortaya çıxdı? Yox, əgər yanacağın qaldırılması bu qədər iqtisadi və sosial təsirlər yaratmayıbsa və qiymətlər süni şəkildə artırılırsa, o zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti niyə ölkə iqtisadiyyatı üçün təhlükə yaradan, inflyasiyaya yol bu xoşa gəlməz vəziyyətə qarşı niyə heç bir tədbir görmür?
Qiymət artımına səbəb olan məsələləri PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Azərbaycan qanunlarına görə bazar iştirakçılarının tənzimlənməsinin baş verməli olduğunu vurğulayan ekspert bildirib ki, yəni hər hansı bir şirkət bazarda ən azı 30 faiz və yaxud çox paya sahibdirsə, onlar avtomatik olaraq antiinhisar qanunlarının tələblərinə uyğun tənzimlənmə mexanizminə daxil olmalıdırlar. Amma Azərbaycanda bu qaydalar işləmir:
“Qiymət artımında ilk növbədə obyektiv və subyektiv səbəblər araşdırılmalıdır. Dizel yanacağının qiymətinin 34 faiz qalxması mal və xidmətlərin qiymətinin bahalaşmasına səbəb olmalı idi. Nəticə etibarilə hökümət dizelin qiymətini qaldıranda anlamalı idi ki, bu mal və xidmətlərin qiymətinə təsirsiz ötüşməyəcək. Dizelin qiymətinin qalxmasının təsirsiz ötüşməsi mümkün də deyil.
Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan qanunlarına görə bazar iştirakçılarının tənzimlənməsi baş verməlidir. Yəni hər hansı bir şirkət bazarda ən azı 30 faiz və yaxud çox paya sahibdirsə, onlar avtomatik olaraq antiinhisar qanunlarının tələblərinə uyğun tənzimlənmə mexanizminə daxil olmalıdırlar. Həmçinin də dövlət tərəfindən müəyyən nəzarət mexanizmi yaradılmalıdır.
“Azərsun”, “Veysəloğlu” kimi şirkətlər də bazarda nəyinki 30 faiz, hətta yarısından çox, bəzi hallarda 70-80 faiz paya nəzarət edirlər, amma təəssüflə qeyd etməliyəm ki, dövlətin bu monopolist şirkətlərə nəzarət mexanizmi tətbiq olunmur. Bu da təbii olaraq baxara təsir edir və bazarda böyük həcmdə paya sahib olmaları bu şirkətlərin qiymətləri diqtə etməsinə də səbəb olur. Buna görə də burada obyektiv səbəb olaraq qiymət artımını anlamaq mümkündür. Yəni dünyada dizel və indeksin bahalaşması qiymət artımına səbəb olan məsələlərdir. Amma qiymətlərin qalxmaslnda subyektiv səbəblər də var. Azərbaycana xas xüsusiyyətlər, bazarda inhisarçılıq mövqeyində duran şirkətlərin diqtəsi də mütləq nəzərə alınaraq onlarla bağlı tənzimləyici addımların atılmasına ehtiyac var.
Antiinhisar qanunvericiliyinə görə bazarın 1/3-dən daha yuxarısına nəzarət edən böyük şirkətlərin qiymət tənzimlənməsində dövlətin iştirakı vacib sayılır. Amma təəssüf ki, Azərbaycanda bu qaydalar işləmir və bu da indiki vəziyyətin yaranmasına yol açır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024