İqtisadiyyat (8-01-2021, 13:18)
Prezidentin çıxışından sonra köçkünlər üçün tikilən 4700 ev şəhid ailələrinə ayrıldı

“Mediatv.az" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, söhbət 4700 mənzilli qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət yaşayış komplekslərindən gedir: "Həmin qəsəbələr Bakı şəhəri, Sumqayıt şəhəri, Abşeron rayonu ərazisində, həmçinin Samux və Lənkəran rayonu ərazisində inşa edilib.
Həmin komplekslər artıq istifadəyə hazırdır. Bu yaşayış kompleksləri zəruri olan sosial texniki infrastrukturlarla təchiz edilib. Komplekslərdə məktəblər, uşaq bağçaları, klub icmaları və digər infrastruktur obyektləri salınıb. Tam olaraq yaşayış üçün hazır vəziyyətdədir".
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr edilmiş videoformatda keçirilən müşavirədə bildirmişdi ki, bundan sonra köçkünlər üçün tikilən mənzillər şəhid ailələrinə veriləcək: "Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025