2021-ci il dövlət və icmal büdcənin layihələri prezident tərəfindən Milli Məclisə təqdim olunub. Son illər ilk dəfədir ki, büdcə layihəsi gecikdirilib və ilin son həftəsi deputatların müzakirəsinə göndərilib. Adətən noyabr ayında sənəd müzakirəyə çıxarılır və iki həftə sonra qəbul edilib, təsdiq üçün prezidentə təqdim olunurdu.
Maliyyə Nazirliyinin təqdim etdiyi büdcə zərfində 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb, bu da 2020-ci illə müqayisədə 1465,1 milyon manat və ya 6,6 faiz çoxdur.
İcmal büdcənin xərcləri 31163,4 milyon manat nəzərdə tutulub. 2020-ci illə müqayisədə bu, 855,1 milyon manat və ya 2,8 faiz artıqdır.
Nazirlik bildirir ki, 2021-ci ilin icmal büdcəsinin kəsiri 7335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 faiz azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 faizinə bərabər olacaq, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.
Dövlət büdcəsinin göstəricilərinə gəldikdə, 25427,0 milyon manat gəlir nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.
Xərclər 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır. Bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.
Nazirlik bildirir ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18014,0 milyon manat , əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2198,8 milyon manat vəsait yönəldiləcək.
2021-ci il üçün dövlət büdcəsinin sosial yönümlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11111,9 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
Kəsirin hansı mənbələrdən örtüləcəyinə gəlincə, Maliyyə Nazirliyi bunun daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəyini açıqlayıb.
Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən duşməsi ehtimalı olkənin fiskal movqeyi ucun əsas risk amillərindən biri olaraq qalmaqdadır:
“Belə ki, məzənnə riskinin dovlət budcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən, dovlət budcəsinin tərtibi zamanı 2021-ci il uzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dovlət budcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özundə ehtiva edir”.
Nazirlik qeyd edir ki, pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur. “Lakin hal-hazırda yaşadığımız mustəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı duşməsi valyuta bazarında izafi likvidliyə gətirib cıxarır. Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur”, – deyə məlumatda qeyd edilir.
2021-ci ilin büdcə zərfini və Maliyyə Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı ekspert Toğrul Maşallı bildirir ki, ölkə iqtisadiyyatını ən qorxudan ehtimallardan biri devalvasiyadır:
“Mən demək olar ki, hər gün bununla bağlı suallar alıram. Bəs, Maliyyə Nazirliyi bu suala necə cavab verir? Maliyyə Nazirliyi deyir ki, devalvasiya ehtimalı yüksəkdir.
İkincisi, devalvasiya olsa, bizim büdcəmizə ciddi zərbə vuracaq, çünki dövlət borc öhdəliklərinin artması planlaşdırılıb. Onların planlaşdırılmasında isə 1 dollar 1,7 AZN kimi götürülüb. Artsa, çətin vəziyyət yaranacaq.
Üçüncüsü, normalda indiki şəraitdə tələb artmalı idi və əlavə manat kütləsi də istehlak olunacaqdı. Amma əhalinin tələbatı azalıb. Bunun nəticəsində isə boş manat kütləsi də çoxalıb. Manatın məzənnəsi də onun dollarda ifadə olunan qiymətidir. Bildiyimiz kimi, hansısa məhsulun bazarda tələbatdan çox olması qiymətinin aşağı düşməsinə səbəb olur. İndiki vəziyyətdə məhz belədir.
Dördüncüsü, Maliyyə Nazirliyi və Mərkəzi Bank bu izafi kütləni neytrallaşdırmaq üçün müxtəlif qiymətli kağızların buraxılmasına çalışır. Yəni müxtəlif istiqrazlar və s. alətlər hesabına artıq kütləni azaltmaq və sabitləşdirməyə çalışırlar”.
İqtisadçı bu tədbirlərin uzunmüddətli olacağını düşünmür:
“Məsələ ondan ibarətdir ki, bu alətlər qısamüddətlidir. Onlar bir müddətlik nəyisə təmin edir. Amma əhalinin gəlirlərinin azalması, idxaldan yüksək asılılıq və müvafiq olaraq sahibkarlarda problem valyutaya tələbatı artırır. Artıq iqtisadi subyektlər iqtisadi vəziyyətin qənaətbəxş olmamasını nəzərə alaraq yeni aktivlər axtarırlar. Ölkəmizdə isə yeganə aktiv valyutadır. Nəticədə tələbat artır və valyuta bahalaşır. Bunun qarşısını almaq üçün Maliyyə Nazirliyi istiqrazlar, Mərkəzi Bank digər alətlərdən istifadə edəcək. Amma normal iqtisadi fəaliyyət bərpa olunmayınca, bu risk yüksək olaraq qalacaq”. //pressklub/az//
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024