Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Xidməti Azərbaycandan bu ölkəyə ixrac olunan pomidor və alma məhsullarına giriş qadağası qoyub.
Ovqat.com xəbər verir ki, məlumatı “Rosselxoznadzor”-un Mərkəzi Ofisi yayıb.
Məlumata görə, Xidmət dəfələrlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Rusiyaya tədarük olunan məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərində karantin qadağası elan olunan “obyektlərin” aşkarlanması barədə xəbərdarlıq edib. Di gəl ki, məhsullarımızda sistematik hal alan bu qüsurlar aradan qaldırılmayıb.
“Beləliklə, təkcə 22 oktyabr 2020-ci ildən bu günə qədər Avrasiya İqtisadi Birliyi üçün karantin altında olan obyektlərin 17 aşkarlanma halı qeydə alınıb. Söhbət əsasən pomidor və alma kimi meyvə və tərəvəz məhsullarında aşkarlanan Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və Şərq güvəsindən (Grapholita molesta (Busck)) gedir”, - “Rosselxoznadzor”-un rəsmi açıqlamasında belə deyilir.
Rusiyanın “fitosanitar rifahını qorumaq, bu zərərvericilərin ölkə ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün” Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən, Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qaldığını bəyan edib. Xidmət həmçinin bildirib ki, bu qərar “Beynəlxalq Bitki Mühafizəsi Konvensiyas”ının VII maddəsinin 1-ci bəndinə (Roma, 1951, 1997-ci ildə düzəliş edilmiş), Rusiya Federasiyasının 21.07.2014-cü il tarixli 206-FZ saylı Qanununun 2-ci maddəsinin 40-cı bəndinə və17-ci maddəsinin 1-ci bəndinə əsasən qəbul olunub.
Qeyd edək ki, pomidor 3 ildir ki, Azərbaycanın nəinki kənd təsərrüfatı, həmçinin qeyri-neft sektoru məhsulları arasında ixrac rekordmeni ünvanı qazanmışdı. 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri tutan pomidor (tomat) ölkəmizə 151,6 milyon dollar xarici kapital gətirmişdi. 2018-ci ildə bu göstərici 177,4 milyon dollara, 2019-cu ildə isə 189,3 milyon dollara yüksələrək birinciliyi əldən verməmişdi. Bu ilin iki ayında isə pomidor ixracımız 24,7 milyon dollar təşkil etmişdi.
“Rosselxoznadzor”-un son qərarından belə anlaşılır ki, fermerlərimiz növbəti mövsımdə artıq eyni uğura bel bağlaya bilməyəcəklər. Bu da ölkə başçısının böyük ümidlə qurmağa çalışdığı qeyri-neft sektorunun ən aparıcı sahəsinin tənəzzülü ilə nəticələnə bilər.
“Rosselxoznadzor”-un məlumatından bəlli olur ki, meyvə-tərəvəz məhsullarımızın nəinki Avropa Birliyi, hətta Avrasiya standartlarına cavab vermirmiş və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə dəfələrlə xəbərdaqlıq edilibmiş. AQTA-nın ötən ayın sonlarında mediaya verdiyi açıqlamalar da bu faktı təsdiqləyir. Agentliyin fermerlərə müraciətində bildirilir ki, “pomidor bitkisinin ən təhlükəli zərərli orqanizmlərindən biri Pomidor lağımlayıcı güvəsi-(Tuta absoluta Meyrick) hesab edilir. Hazırda idxal-ixrac əməliyyatları sahəsində əməkdaşlıq edən ölkələr bu zərərvericini diqqət mərkəzində saxlayır, zərərverici yayılmış ölkələrin ərazisindən idxala məhdudlaşdırıcı fitosanitar tədbirlər tətbiq edirlər”.
Müraciətdə o da vurğulanırdı ki, zərərvericinin yayılma yolları çox asan və sürətlidir.
“Azərbaycan Respublikasının aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir”,-AQTA-nın məlumatında belə deyilirdi.
Di gəl ki, bütün göstərişlər və təlimatlar media səhifələrində qalır, fermerlərin yerlərdəki fəaliyyətinə nəzarət edilmir, onlara bu ziyanvericiyə qarşı necə mübarizə aparılması yolları göstərilmirdi.
Sözsüz ki, bunu AQTA yox, KTN həyata keçirməli idi. Nazirliyin başı isə kənddə turizm layihələrinə və ya pambıq kombaynlarının arxasına GPS taxmağa qarışmışdı. Nəticədə qeyri-neft sektorunun ən çox qazandıran sahəsi ixrac potensialını itirdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024