Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-12-2020, 19:13)
Moldovanı buxovda saxlayan süni münaqişə: Qərbyönümlü prezident nə edə bilər?

 Moldovada hakimiyyət dəyişikliyi fonunda Rusiya ilə münasibətlərdə yenidən gərginlik artmağa başladı. Belə ki, Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun Rus sülhməramlılarının Dnestryanı ərazilərdən çəkilməsi və münaqişə zonasına ATƏT-in mandatına uyğun sülhməramlıların yerləşdirmək barədə açıqlamaları Moskvada süngü ilə qarşılanmaqdadır.  Belə ki, Rusiya rəsmiləri cavablarında yeni seçilmiş prezidenti təhdid etməkdən də çəkinmirlər. 

Maraqlıdır ki, post-sovet məkanındakı başqa münaqişələrdən fərqli olaraq Dnestryanı problemi özünəməxsusluğu ilə seçilir. 1992-ci ildən indiyə kimi münaqişə bölgəsində nə mülki əhali, nə də hərbçilər arasında ölüm halı qeydə alınıb. 400-500 min əhalisi olan Dnestryanının əhalisinin 1/3-ni moldovanlar, 1/3-ni ruslar, 1/3-ni isə ukraynalılar təşkil edir. Dnestryanıda rus, ukrayn və moldovan dili dövlət dilidir. Əhalinin Moldovaya gediş-gəlişində, əlaqələrində heç bir problem yoxdur. Həmçinin, Dnestryanı Moldova ilə səhiyyə, sosial müdafiə, cinayətkarlıqla mübarizə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq da edir.

Münaqişə necə başlayıb?  

Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı Qarabağ münaqişəsinin başlanması ilə eyni vaxtda yaranıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarının oynadığı deyilir. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində "Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, "DMR” "müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i "müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və "5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqı) keçib.  

Müşahidəçilər məhz 1992-ci ilin iyulun 22-də Rusiyanın vasitəsi ilə Moldavanın imzaladığl atəşkəs müqaviləsini rəsmi Kişinyov üçün böyük məğlubiyyət sayır. Belə ki, bu razılaşma Moldovanın proseslərə təsir imkanlarını məhdudlaşdırıb. 

Kreml ötən illər ərzində bununla kifayətlənməyib, münaqişə zonasında yaşayanların 220 min nəfərinə Rusiya pasportu da verib.  

Qərb Moldovanı, Rusiya isə separatçı rejimi dəstəkləyir

Moldova parlamenti 2005-ci ildə qərar qəbul edərək, Dnestryanıya Qaqauz Muxtar Yerinə verilmiş status təklif edib. Dnestryanı isə Qaqauzdan da artıq status istəyir – minimum federasiya və ya konfedarasiya. ATƏT başda olmaqla beynəlxalq təşkilatlar münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində həllini istəsələr də, Rusiyanın dəstəklədiyi qondarma rejim müstəqil subyekt kimi qəbul olunmasını istəyir. 

Bu arada qeyd edək ki, Rusiya qoşunlarının  Dnestryanıdan çıxarılması ilə bağlı Moldova dəfələrlə cəhdlər edib. Qərbin təzyiqləri nəticəsində hətta sazişlər də imzalanıb. Lakin "Dnestryanı” buna etiraz edərək bunun üçün lazımi şəraitin yetişmədiyini bildirib. 

Qərbi bu münaqişə ilə bağlı narahat edən əsas məqam isə nəzarətsiz qalan Dnestryanıda istehsal olunan silah-sursatın Avropa üçün yaratdığı təhlükədir. Burada istehsal olunan silahların ittifaq ərazisinə daşındığı bildirilir. 

Mütəxəssislər hesab edirlər ki, Avropa İttifaqı və Rusiya Moldovaya nəzarəti əldən vermək istəmədiyindən problemin həlli mümkün olmur. Avropa İttifaqı ilə birbaşa qonşu olmasına baxmayaraq, Moldova 28 ildir ki, bu münaqişənin yaratdığı əngəlləri aşa bilmir. Münaqişədə etnik, dini və s. çalarlar olmamasını əsas gətirən müşahidəçilər bu problemi Rusiyanın Moldovanı öz təsirində saxlamaq üçün suni şəkildə yaratdığını deyirlər. Çünki həm Moldova, həm də Dnestryanının əhali kontingenti eynidir. Bütün bunlara görə, problem çox sadə görünür. Amma məsələ həll olunmur və yaxın vaxtlarda həll olunacağı da gözlənilmir. Baş verənlərin fonunda isə ən qəribəsi odur ki, Moldovada Rusiyayönümlü partiyaların hələ də xalq arasında kifayət qədər nüfuzu var. Bu partiyalar rəsmi Kişinyovdan fərqli olaraq Rusiya sülhməramlılarının bölgədə qalmasını istədiklərini gizlətməyə də cəhd etmirlər. Amma Rusiyayönümlü qüvvələr hakimiyyətdə olduqları zaman da münaqişənin nizamlanması üçün heç bir tədbir görülməyib. Görünür, Rusiyaya münaqişənin davam etməsi lazımdır ki, bölgədə hərbi gücü ilə mövcudluğunu saxlasın
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024