Aldadılmış vətəndaş: ““Alfa Layn” MMC-nin rəhbəri Svetlana Əsədullayeva şirkətinin adına 2010-ci ildə ABB-dən götürdüyü 59 milyon manat kreditin sayəsində Türkiyə Respublikasında əldə edilmiş və bu gün bazar qiyməti 250-300 milyon manat olan “Bələk qolf” klubunun əmlakının ələ keçirilməsi üçün “Aqraqrkredit” QSC-nin əməkdaşının adına təzyiqlə baş etibarnamə almışdır və...”
“Təzadlar” redaksiyaya daxil olmuş aşağıdakı şikayəti ixtisarla təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım M.Əliyevaya!
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab S.Nuriyevə!
Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova!
Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab M.Cabbarova!
Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi cənab Ə.Rzayevə!
“Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” ASC-nin icraçı direktoru S.Bəkirova!
Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşviq küçəsi, dön.2, ev 6-da yaşayan şəhid ailəsi Sarkayev Abdulla Əli oğlu tərəfindən şikayət:
Bildirirəm ki, “Azərbaycan Beynəlxalq Bankı tərəfindən 15 avqust 2012-ci ildə mənim adıma formal sənədləşdirilmiş bir milyon manat kreditin reallıqda ABB-nin dövlət layihəsinə sərf edilməsi “ barədə sənədləri təqdim edirəm.
Əvvəlcə bildirim ki, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinın rəhbəri Dünyamin Xəlilov bir müdir olaraq 2012-ci ilin avqust ayında məni kabinetinə dəvət edərək bildirdi ki, Abdulla, Beynəlxalq Bankın həyata keçirdiyi layihəyə görə İctimai Birliyimizin üzvü kimi sənin adına fiziki şəxs olaraq Beynəlxalq Bankda bir milyon manat kredit sənədləşdirmək istəyirik. Pul kredit formasında 3 ilə rəsmiləşsə də biz onu 1 ilə qaytarıb borcunuzun olmaması barədə arayış alıb verərik.
Bu söhbətdən sonra mənə dedi ki, get baş mühasib Əli Muradovu bura çağır. Mən Əli müəllimi D.Xəlilovun otağına dəvət etdim. O, Əliyə dedi ki, Abdulla ilə elə indicə Beynəlxalq Bankın mərkəzi ofisinə gedin və bir milyon manat pulu sənədləşdirin. Orda sizi gözləyirlər.
Biz Əli Muradovla banka getdik. İkinci mərtəbəyə qalxıb soldakı otağa daxil olduq. Otaqda kredit şöbəsinin müdiri əvvəlcə məndən soruşdu ki, nə qədər maaş alırsan? Dedim ki, 400 manat. Sonra bir milyon manat pul mənim adıma sənədləşdirildi.Və mən sənədləri həmin gün-15 avqust 2012-ci ildə imzaladım. Sonra Əli Muradovla birinci mərtəbəyə düşdük. Kassaya gedib orada hansısa möhürlü kağıza imza etdim. Əli və mən heç bir nağd pul götürmədən ofisə qayıtdıq. Aradan 1 ay keşdikdən sonra baş mühasib Əli Muradov yenə mənə bildirdi ki, Dünyamin müəllim tapşırıb ki, yenə banka gedib kassada sənədləri imzalamaq lazımdır. Biz birlikdə getdik BB-ın mərkəzi ofisinə və yenə kassada möhürlü kağızı imzalayıb geri qayıtdıq.
Budur, “Bank Aktivlərinin İdarə Edilməsi” MMC-nin icraçı direktoru tərəfindən 5 mart 2018-ci il tarixində göndərilmiş bildirişdə qeyd edilir ki, “Mən 3883 saylı kredit müqaviləsi bağlamışam və 2012-ci ilin 16 avqust 29 dekabrına qədər 8 dəfəyə ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişəm.”
Bir daha qeyd etmək istəyirəm ki, qeyd edilən 8 tarixi gündə Beynəlxalq Bankın Mərkəzi Filialının müşahidə kameralarının altında və baş mühasib Əli Muradovun şahidliyilə mən bir manat da olsa kassadan nağd pul götürməmişəm. Və “BAİEA” MMC- hazırda mənə bildiriş göndərərək 1 521 139 ( bir milyon beş yüz iyirmi bir min yüz otuz doqquz ) manat borcun 10 gün müddətində ödənişi icra etməyi tələb etmiş və sonradan məhkəməyə müraciət etmişlər. Hazırda mənə qarşı “Kredit borcunun ödənilməsi” ilə qaldırılmış iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır və ilk proses 2021-ci ilin yanvarın 11-nə təyin edilmişdir.
2012-ci ildə Beynəlxalq Bankdan adıma götürülmüş 1 mil. dol.kredit borcunu necə ödəyə bilərəm. Axı bu məsələyə görə 4 il aparılan istintaq və məhkəmə araşdırmaları zamanı da məlum olmuşdur ki, mən də daxil digər 21 nəfərin adımıza alınmış kreditlərin reallıqda 1 manatını görmədiyimiz və istifadə etmədiyimiz halda yenidən bizdən tələb edilməsi absurddur. Qanunvericilikdə də qeyd edilir ki, “Pul tələbinin iddia müddəti 3 ildir.” Yəni mənə qarşı “Pul tələbinə” dair iddiaların heç birinin əsasə yoxdur.
Lakin buna baxmayaraq iddiaçı tərəf israrlıdır. Belə olan halda məni yaxın zamanlarda sfarişlə azadlıqdan məhrum edilə bilərəm.
Cənab Prezident! Digər tərəfdən onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bizimlə birlikdə eyni idarədə işləmiş Bəyəli Mürsəlovun da adına “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən adına sənədləşdirilmiş təxminən 300000 dollar məbləğə görə o əvvəllər istintaq işlərindən nüfuzlu şəxslərə görə kənarda qalsa da, lakin bizə qarşı olan eyni iddiaçı tərəfindən ondan da kredit borcunun ödənilməsi məhkəmə qaydasında tələb edilmişdir. Son nəticədə cavabdeh B.Mürsəlov 12 mart 2020-ci il tarixli AR Konstitusiya Məhkəməsinin qərarı əsasında Ali Məhkəmənin ona qarşı borcun ödənilməsi barədə qəbul etdiyi 31 may 2019-cu il tarixli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Yəni, iddiaçı “Aqrqar Kredit Bank” tərəfindən B.Mürsəlovdan kreditin ödənilməsi tələbi əsassız hesab edilmişdir, işə xitam verilmişdir.
Biz hüquqi dövlətdə yaşadığımızdan Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli məlum Qərarı əslində presedent olaraq bizim işə də şamil olunmalıdır. Lakin çox təəssüflər olsun ki, çox zamanlar qanunlarımız sifarişlər əsasında yönləndirilir. Ona görə də düşdüyüm ağır iqtisadi böhranı, öhdəmdə olan 2 azyaşlı övladlarımı nəzərə alaraq son ümidimi Sizə bağlayaraq müraciət edirəm:
Hörmətli cənab Prezident!
Hazıda “Kredit borcunun ödənilməsi” tələbilə mənə qarşı Bakı Apellyasiya Məhkəməsində başlanmış proseslərdə ədalətin bərqərar olunması, yəni AR Konstitusiya Məhkəməsinin bizim işimizə də aid olan 12 mart 2020-ci il tarixli məlum QƏRARının presedent olaraq şamil edilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edir və əvvəlcədən minnətdarlığımı bildiriəm.
Bu məsələ ilə bağlı bir daha xatırlatmaq istəyirəm ki, 2015-ci ilin yayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin müstəntiqi, polis kapitanı Ramin Əliyev ABB-dan götürülmüş kreditlərlə və onların qaytarılmasilə bağlı istintaq aparırdı. Və məni də digər 60 nəfər kimi həmin vaxt İdarəyə dəvət etdilər. Mən “Genercom”un mühasibi olan Ruslan Əlixanovla birlikdə BMCQMİ-nin maliyyə şöbəsinə getdik. Ətraflı İzahat verdim ki, mənim adıma BB-dan bir milyon manat götürülməsini “ Mədəni İrsin Qorunmasına Dəstək” İB-nin sədri Dünyamin Xəlilov bir işçisi kimi məni dəvət edib dövlət layihəsinin həyata keçirilməsi üçün tapşırıq verdi. Mən də dövlətimin xatirinə etiraz edə bilmədim və razılıq verdim. Biz həmin vaxt Dünyamin müəllimlə görüşdük. Dedi, Abdulla, necə olubsa elə də izahatını yaz. Mən də buna uyğun izahat yazmışam. Yəni, mənim adıma götürülmüş kredit hansısa dövlət layihəsinin həyata keçirilməsinə sərf edilmişdir. Sonradan istintaqın yekunu zamanı məlumat aldım ki, Dünyamin müəllimin bu istiqamətdə sənədlərlə, görülən işlərlə, sərf edilən vəsaitlə bağlı müstəntiqə verdiyi və təqdim etdiyi sənədlərə əsasən məsələ həllini tapmış, müstəntiq Dünyamin Xəlilovla razılaşmış və yuxarı orqanlara raport vermişdir. Lakin “yuxarı”dan gələn sifariş əsasında D.Z.Xəlilova iki dəfə cinayət işi açılmış və o 14 il 6 ay müddətinə azadlıqadan məhrum edilmişdir. Yəni, “Beynəlxalq Bank işi” adlanan prosesin sonunda istintaqa cəlb edilmiş iri həcmli 21 nəfər kreditorların mənim kimi götürdükləri pulların hamısını ABB-nin sabiq sədri Cahangir Hacıyevin və onun dostu və bütün işləri icra edən Dünyamin Xəlilova yönəldilmiş, qalan 21 nəfərin hər birinə 3 il 6 ay olmaqla 05 sentyabr 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti azadlıqdan məhrum olmuşlar. Və bu hökmə baxmyaraq “Aqrar Kredit” ASC mənim kimi bu 21 nəfər şəxsə qarşı yenidən “pul tələbi” ilə bağlı mülki iddia qaldıraraq mənə qarşı olan qaldırılmış iddiada olduğu kimi iri həcmli kreditləri də Yasamal rayon Məhkəməsi vasitəsilə onlardan tələb edirlər.
Cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli baş nazir!
Sizdən çox xahiş edirəm, mənim düşdüyüm indiki vəziyyəti nəzərə alaraq bu gün məndən tələb olunan 1.5 milyon manat pulun taleyinə yenidən aydınlıq gətirilməsi üçün DİN-nin BMCQMİ-də toplanmış istintaq materiallarına, şahidlərə, müşahidə kamera görüntülərinə və mənim kimi 60-a yaxın “kredit alan”ların verdikləri izahatlara, Dünyamin Xəlilovun mənim adıma götürülən kreditin hara sərf edilməsilə bağlı verdiyi izahatı və mənim adıma götürülüən 1 milyon manat pulun (hazırda Bakı Apellyasiya Məhkəməsində faizlə birlikdə məndən ödənilməsi tələb edilən 1.5 milyon manat pulu) reallıqda hansı məqsədlə xərcləndiyini faktlarala izah edirəm:
Əvvəlcə xatırladım ki, 2005-2015-ci ilə qədər isə “General Construction” MMC-yə rəhbərlik edən sabiq deputat Dünyamin Xəlilov 2005-ci ilin əvvəlindən Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyilə xarici ölkələrdə bir neçə layihənin həyata keçirilməsi barədə qərarına əsasən xaricdə şirkətlər yaradılmış və layihələrin fəaliyyətinə başlanılmışdır. Birləşmiş Ərəb Əmirliklərində, “United Textile” və “United Steel”, müvafiq olaraq iplik və poladəritmə fabrikləri , daha sonra Türkiyə Respublikasında “Bələk Golf” və Albaniya Respublikasında “Anika Enterprises” müvafiq olaraq golf klubu, yaşayış kompleksi və Neftayırma zavodu. 2015-ci ildədək nəzərdə tutulan bu layihələrin əksəriyyəti reallaşmışdır. Lakin çox təəssüflər olsun ki, belə bir möhtəşəm real layihələrin həyata keçirilməsini istəməyən və bundan qorxuya düşən yüksək ranqlı bəzi maliyyə məmurları ABB-da “maliyyə maxenasiyaları” barədə yuxarı orqan rəhbərlərinə yalan məlumatlar verərək sonda ABB rəhbərinin və D.Xəlilovun istintaqa cəlb edilməsinə nail olmuşlar. Və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 181900236 saylı cinayət işi üzrə icraata başlanılmış və mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən mənimsəyib israf edərək Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinə xeyli və külli miqdarda ziyan vurmuş, eləcə də vəzifəli şəxsləri sair şəxsi niyyətləri ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməyə təhrik etməklə CM-nin 179.3.1, 179.3.2 və 32.4, 313-cü maddələri ilə ittiham edilərək həbs edilmişdir.
“”Alfa Layn” MMC-nin rəhbəri Svetlana Əsədullayeva şirkətinin adına 2010-ci ildə ABB-dən götürdüyü 59 milyon manat kreditin sayəsində Türkiyə Respublikasında əldə edilmiş və bu gün bazar qiyməti 250-300 milyon manat olan “Bələk qolf” klubunun əmlakının ələ keçirilməsi üçün “Aqraqrkredit” QSC-nin əməkdaşının adına təzyiqlə baş etibarnamə alınmışdır və...”
Diqqətinizə bu məsələ ilə bağlı xüsusi olaraq bir reallığı çatdırmaq istərdim: İstər istintaq, istərsə də məhkəmə prosesləri zamanı CM-nin əsas 179.3.1, 179.3.2 maddələri üzrə təqsirli bilinən Dünyamin Xəlilovdan tələb olunan maliyyə vəsaitləri (yəni biz 60 nəfər kreditorun adına Beynəlxalq Bankdan alınmış və biznes layihələrə məsrəf olunmuş) barədə vermiş izahatlara və təqdim edilmiş rəsmi sənədlərə, istintaqla edilmiş əməkdaşlığa baxmayaraq qeyd edilən məbləğlər istintaq zamanı qəsdən guya C.Hacıyev və D.Xəlilov tərəfindən mənimsənilmiş olaraq göstərilmişdir. Əlahəzrət faktlar isə bu gün də yerindədir:
1. “Veksel” və “Cargill” əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya “United Textiles” və “United Steel” layihələrinə, Albaniyada Anika Enterprises, Türkiyədə Bələk Golf və Moskvada yerləşən İnstroyteks layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır.
2. Azərbaycanda və xaricdə həyata keçirilən layihələr ilə əlaqədar əldə olunan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı axıra qədər aparılmayıb.
3. 2010-cu ildə Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırma idarəsi tərəfindən aparılan istintaq zamanı xüsusi qrup yaradılmış və qrupun üzvləri bütün yerli və xarici layihələrə baxış keçirmiş, araşdırılmalar aparıldıqdan sonra mənimsəmə hallarına dair faktların olmadığı nəticəsinə gəlmişdir. O zaman 2005-2010-cu ilə qədər icra olunan layihələr niyə dayandırılmadı?
4. Dünyamin Xəlilovun təqdim etdiyi sübutlara əsaslanaraq bir daha bildirmək istəyirəm ki, əgər istintaq orqanları və məhkəmə işə sifariş olmadan-ədalətli olaraq dövlət maraqlarından yanaşsaydı ABB ASC-ə yaranmış borclarını tam ödəmək üçün qeyd edilən təkcə bu 4 ölkədə həyata keçirilmiş iri layihələr üçün əldə edilmiş obyektləri bu günkü bazar qiymətindən aşağı satmaq kifayət edər ki, dövlətə dəymiş milyardla ölçülən ziyan tam ödənilsin. Əgər buna imkan verilərsə bu gün də gec deyil.
“Veksel” və “Cargill” əməliyyatları hesabına xarici mənbələrdən əldə edilmiş pul vəsaitləri açılmış akkreditivlər hesabına Dubaya-Fujeyraya “United Textiles və “United Steel” layihələrinə, Albaniyada Anika Enterprises, Türkiyədə Bələk Golf və Moskvada yerləşən İnstroyteks layihələrinə xərclənmişdir. Adları çəkilən layihələr pulları vaxtında qaytarmadıqları üçün Azərbaycanın rezidenti olan hüquqi şəxslərin adından açılmış akkreditivlərdən xarici şirkətlərin və bankların xeyrinə ödənişlər edilmiş və ABB ASC-ə borcu yaranmışdır. Rusiyada, Türkiyədə, Albaniyada və BƏƏ-də hər birinin bu günki bazar dəyəri 100-500 milyon dollar olan daşınmaz əmlakların satılaraq ABB-nin kredit borcunu ödəməməyə nə və kimlər maneçilik törədir?
Ortaya çıxan təbii suallar: ABB-dən müxtəlif MMC-lər adına götürülmüş kreditlər hesabına Azərbaycanda və xaricdə həyata keçirilən layihələr ilə əlaqədar əldə edilmiş mülklərlə bağlı olan bütün məlumatların, sənədlərin, faktların təqdim edilməsinə baxmayaraq ibtidai və məhkəmə istintaqı zamanı ABB-yə dəymiş ziyanın ödənilməsinin qarşısı süni olaraq niyə alınmışdır? Belə nəticəyə gəlirik ki, əgər istintaq orqanları və məhkəmə işə sifariş olmadan dövlət maraqlarından yanaşsaydı, ABB ASC-ə yaranmış borclarını (təxminən 3.5 milyard manat) tam ödəmək üçün qeyd edilən 4 ölkədə həyata keçirilmiş layihələr üçün əldə edilmiş obyektləri bu günkü bazar qiymətindən aşağı satmaq kifayət edər ki, dövlətə dəymiş ziyan tam ödənilsin. O zaman buna niyə imkan verilmədi? Dövlətə qarşı belə bir iqtisadi təxribatı törətmək hansı dövlət məmurunun şəxsi maraqlardan irəli gəlmişdir?
“...S.Əsədullayevadan etibarnamə alanlar Türkiyəyə gedib dəyəri 300 milyon manat olan “Bələk qolf” klubunun əmlakını satmaq istədikdə onlara bu ölkədədəki “partnyor”lar razılıq verməmişlər. Bildirmişlər ki, o vaxt bu əmlakın satılmasına razılıq verilə bilər ki, alqı-satqı zamanı əldə olunan pullar Beynəlxalq Bankın hesabına yönəlsin və bu işə görə günahsız həbs edilmişlər azadlığa çıxsınlar...”
Bu suala qismən cavab vermək olar: Məsələn, bu gün iş yoldaşım olmuş “Alfa Layn” MMC-nin rəhbəri Svetlana Əsədullayeva şirkətinin adına 2010-ci ildə ABB-dən götürdüyü 59 milyon manat kreditin sayəsində Türkiyə Respublikasında əldə edilmiş və bu gün bazar qiyməti 250-300 milyon manat olan “Bələk qolf” klubunun əmlakının ələ keçirilməsi üçün “Aqraqrkredit” QSC-nin əməkdaşının adına təzyiqlə baş etibarnamə alınmış, digər tərəfdən 2017-ci ildə kredit borcunun ödəniməsi tələbilə “Aqrarkredit” QSC tərəfindən”AlfaLayn”MMC-nin rəhbəri 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə verilərək faizlə birlikdə 62 milyon manatın ödənilməsi tələb edilmişdir. Bu gün isə ödəmə qərar icraata yönəldilib. Amma nə baş verdi? S.Əsədullayevadan etibarnamə alanlar Türkiyəyə gedib dəyəri 300 milyon manat olan “Bələk qolf” klubunun əmlakını satmaq istədikdə onlara bu ölkədədəki “partnyor”lar razılıq verməmişlər. Bildirmişlər ki, o vaxt bu əmlakın satılmasına razılıq verilə bilər ki, alqı-satqı zamanı əldə olunan pullar Beynəlxalq Bankın hesabına yönəlsin və bu işə görə günahsız həbs edilmişlər azadlığa çıxsınlar.
Bakıdan gedənlər buna razılaşmamışlar. Xatırladaq ki, bu gün də sözügedən 4 xarici ölkədə fəaliyyət göstərən iri dəyərli əmlaklar ABB-nin balansındadır. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlqar Əhmədov bunula bağlı 2017-ci ildə məhkəmə prossi zamanı ABB-nı təmsil edən nümayəndəsi Akif adlı şəxsə sual verəndə ki, bu 4 ölkədəki layihələr əsasında əldə edilmiş əmlaklar ( Neftayırma zavodu, “Bələk qqolf” klubu, trikotaj fabrikləri, Yaşayış binaları, Mehmnxana və torpaq sahələri) indi də bankınızın balansındadırmı? Nümayəndə gözlənilməz suala cavab vermək istəməmişdir.
Bütün yuxarıda qeyd etdiklərim onu sübut edir ki, C.Hacıyev və Dünyamin Xəlilov sifariş əsasında ağır cinayətlərdə ittiham edilərək cəzalandırılmışdır. Biz “kreditor”ların da üstünə məhkəmə vasitəsilə təzyiq edirlər ki, “aldığınız” milyonları “Aqrarkredit” QSC və ya ASK-ya qaytarın! Əslində isə iş üzrə dövlətə vurulmuş maddi ziyanın ödənilməsi üçün dövlət orqanları şərait yaradarsa məsələ elə bu gün də asanlıqla həllini tapmış olardı. Lakin iri maliyyə oliqarxlarının şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan qüvvələr istəmirlər ki, C.Hacıyev və D.Xəlilov verdiyi izahat və təqdim etdiyi sübutlar nəzərə alınsın. Nəzərə alınarsa, biz bədbəxtlərin hamımızın günahsızlığı sübuta yetirilmiş olardı.
Cənab Prezident! Bu gün ölkəmiz həm pandemiyaya qarşı mübarizədə və həm də torpaqlarımızın azad edilməsi istiqamətində milyardlarla vəsaitlər xərcləmişdir. İndi də azad edilmiş rayonlarımızın bərpa edilməsinə yenə milyardlarla pul lazımdır. Bizim ( 60 nəfərin) adından götürülmüş və ABB-nın xarici ölkələrdə həyata keçirdiyi müxtəlif biznes layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş və bu günkü bazar dəyərləri milyardla ölçülən daşınmaz əmlkların satılması həyata keçirilərsə biz “kreditorların” adına yazılmış milyonların faktii geri qaytarılması da baş verə bilər. Və bu gün mənim kimi insanlara qarşı təşkil olunmuş qurama və saxt məhkəmə iddialarına da son qoyula bilər.
Ona görə də hesab edirəm ki, Sizin tapşırığınız əsasında xüsusi dövlət komissiyası bu istiqamətdə araşdırmaya başlasa, “Beynəlxalq Bank işi” adlanan işə görə bizim adımızdan götürülən və xarici ğlkələrdə iri həcmli əmlakların alınmasına sərf edilmiş obyektlərin satılması nəticəsində ABB-yə dəymiş ziyan faktiki olaraq ödənilmiş olar və bizim kimi cavbdehlərdən milyonlar tələb edən məhkəmələr də, icraçılar da tezliklə bütün işlərə xitam verə bilərlər.
Cənab Prezident!
Mən şəhid ailəsiyəm. Qardaşım Sarkayev Nəcməddin Əli oğlu 2-ci Qarabağ Müharibəsində könüllü olaraq iştirak etmişdir. O 06 noyabr 2020-ci ildə kəşviyyatçı kimi Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Biz ailədə iki qardaş idik. Budur, əziz qardaşım öz həytını VƏTƏN yolunda qurban verdi. Mən isə son illərdir ki, haramzada maliyyə ünsürlərinin çapıb-taladığı, lakin mənim üzünü belə görmədiyim pullara görə istintaq və məhkəmə yollarında əzab-əziyyətə nahaq yerə düçar olmuşam. Yaxşı oardı ki, görmədiyim kreditin qaytarılmasını məhkəmə məndən yox, şəxsi mənafeləri üçün dövlətin milyardlarını talayan məmurlardan soruşsun.
Nəhayət, xahiş edirəm, şəhid ailəsi olmağımı, 3 ildir ki, məhkəmə yollarında əsassız süründürməçiliyə salınmağımı və yuxarıda qeyd etdiyim faktları nəzərə almaqla ədalətli qərarın qəbul edilməsi üçün aidiyyatı dövlət qurumlarına göstəriş verəsiniz.
Hörmətlə:
Abdulla Sarkayev, şəhid ailəsi
Redaksiyadan: “Təzadlar” bu məsələ ilə bağlı yaranmış problemi araşdırmaqla məhkəmə prosesini izləyəcək... Əlavə məlumt veriləcək...
“Təzadlar”
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024