İqtisadiyyat (1-12-2020, 08:42)
Ərdoğan Ukrayna Baş naziri ilə azad ticarət zonası haqqında sazişi müzakirə edib

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
“Tərəflər ticarət-iqtisadi və energetika, eləcə də nəqliyyat və müdafiə-sənaye kompleksi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Baş nazir Ukrayna və Türkiyə prezidentləri arasında əməkdaşlığın strateji istiqamətləri üzrə ikitərəfli dialoqun gücləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların önəmini qeyd edib”, - məlumatda deyilir.
Ukrayna hökumətinin başçısı, həmçinin deyib ki, azad ticarət zonası haqqında sazişin bağlanması ilə bağlı danışıqların başa çatması Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlərin gündəliyinin ən vacib məsələlərindən biridir. “Hesab edirəm ki, ölkələrimiz ümumi ticarətin həcminin ən azı iki dəfə, ildə 10 milyard dollara çatması üçün kifayət qədər potensiala malikdir”, - deyə Şmıqal vurğulayıb.
O, Türkiyə lideri ilə söhbətində Ukraynada islahatların prioritetlərindən birinin iqtisadiyyatın dövlət sektoruna investisiyaların cəlb edilməsi olduğunu qeyd edib və dövlət-özəl tərəfdaşlıq məsələləri üzrə Ukrayna-Türkiyə işçi qrupunun üçüncü iclasının yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025