Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-10-2020, 19:36)
İranla sərhədin təmin edilməsi nələri dəyişəcək?

 Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev xalqa daha bir müjdə verərək Zəngilan şəhərinin Ağbənd qəsəbəsinin işğalçılardan azad edildiyini açıqlayıb. 
“Mediatv.az” xəbər verir ki, Prezident bu münasibətlə İran xalqını da təbrik edərək bununla Azərbaycanın İranla dövlət sərhədinin tam nəzarətə götürüldüyünü bəyan edib. Bu mühüm tarixi hadisə olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir.
Qeyd edək ki, Azərbaycanın İranla dövlət sərhədi 765 km-dir, onun 132 km-i uzun illərdir ki, nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsilib.
Son illərdə İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, tarixə və adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Xüsusilə son 5 ildə Azərbaycan-İran əlaqələri inkişaf edərək yeni mərhələyə qədəm qoyub.
Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquqi bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycan və İran İslam Respublikası arasında ümumi dəyəri 88,52 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb.
Xatırladaq ki, işğal edilmiş ərazilər “qara bölgə” kimi beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Erməni təcavüzü nəticəsində Azərbaycan-İran sərhədinin 132 kilometri narkobaronlar və onların laboratoriyaları üçün açıq olub.
Bu, eyni zamanda həm MDB, həm Avropa, həm də ümumilikdə bütün dünya üçün çox böyük və ciddi təhlükədir. Həmçinin nəzarətsiz sərhədlər bütün bölgə, o cümlədən İranın təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri də genişləndirəcək. Bu faktor İranın Azərbaycanla sərhəd bölgələrinin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq.
Beləliklə bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli şəkildə istifadə edəcək. Artıq “Xudafərin” hidroqovşaq bəndinin də tikintisinin 90 %-i tamamlanıb.
Məlumdur ki, xüsusilə son illər yay aylarında Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmazlığı müşahidə edilirdi. Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə artıq bu problemin də həllində dönüş yaranacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycanın işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024