Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-10-2020, 13:41)
Neftin qiyməti yenə düşür

 Neftin başlıca markaları ötən həftə xeyli bahalaşdıqdan sonra yenə ucuzlaşır.
Mediatv.az xəbər verir ki, Londonun “İCE Futures” birjasındakı hərracda bu gün Bakı vaxtı ilə saat 9.22-də “Brent” markalı neft 0,89 faiz ucuzlaşaraq 42,47 ABŞ dollarından satılıb. Cümə günü isə həmin neft 1,1 faiz ucuzlaşmışdı. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neft cümə günü 1,4 faiz ucuzlaşdıqdan sonra bu gün səhər də 0,89 faiz ucuzlaşaraq 40,24 dollardan satılıb.
Qeyd edək ki, ötən həftə ərzində adıçəkilən neft markaları müvafiq olaraq 9,1 faiz və 9,6 faiz bahalaşmışdı.
Cümə günü “Norwegian Oil & Gas” “Lederne” həmkarlar ittifaqı ilə danışıqları zamanı əmək haqqına dair razılığa gəlmələri 30 sentyabr tarixindən bir sıra neft yataqlarındakı tətilin dayandırılmasına gətirib çıxarıb. Belə ki, tətil nəticəsində Norveçdə gündəlik neft-qaz hasilatı 330 min barel neft ekvivalenti azalmışdı. “Standard and Poor Global Platts” hasilatın 1 milyon barel azalması ehtimalının da yarandığını bildirib.
Eyni zamanda, ABŞ hökumətinin bazar gününə olan məlumatına görə, Meksika körfəzində Delta qasırğası nəticəsində neft hasilatı platformlarının 91 faizi dayandırılıb.
Həmçinin Liviya Milli Neft Korporasiyası (NOC) bazar günü ölkənin ən iri "Şərərə" yatağında hasilat işlərinin bərpa olunduğunu açıqlayıb. Məlumata görə, bu yataqda ilkin olaraq 40 min barel, 10 gün ərzində isə maksimum hədd olan 300 min barel neft çıxarılacaq. “AxiCorp”un eksperti Steven İnns Liviya neftinin bazara qayıtması nəticəsində bazarda narahatlıq yaranacağını, OPEC üçün başağrısı olacağını qeyd edib.
“Baker Hughes”in məlumatına görə, ötən həftə ABŞ-da fəaliyyət göstərən neft qazma qurğularının sayı 4 ədəd artaraq 193-ə çatıb. Bu artım artıq üç həftədir davam edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024