İqtisadiyyat (15-09-2020, 19:04)
“Azərbaycanın neft hasilatı ildən-ilə azalır” – Ekspert səbəbini açıqlayır
Gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 0,01 mln. barel azaldaraq 0,71 mln. barel səviyyəsində endiriləcək.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.
Azərbaycanın neft hasilatında kəsintilərə getməsi gəlirlərin də azalması deməkdir. Bir tərəfdən ucuz neft, digər tərəfdən hasilatdakı kəsintilər.
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Azərbaycanın bu kəsintilərə getməsində ciddi problem görmürəm:
“2020-ci ilin may ayından başlayaraq OPEC-ə üzv olan dövlətlər neft bazarlarında tarazlığın bərqərar olunması ilə bağlı üçmərhələli saziş imzaladılar. Həmin sazişə görə, may-iyul aylarında sazişdə iştirak edən dövlətlər 23 faiz, avqust ayından ilin sonuna kimi 18 faiz, 2021-ci ildən 2022-ci ilin aprelin əvvəlinədək 14 faiz kəsintilərə getməlidirlər. Bunların hamısı həm Azərbaycan Dövlət Neft Şirkətinin aktivində olan yataqlara, həm də Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasilatın pay bölgüsü sazişinə iştirakçı olan şirkətlərin birgə hasilat həcminə təsir edir. Yəni hasilat həcmlərinin kəsiltiləri həm AÇG-yə, həm də Dövlət Neft Şirkəti ilə müqaviləsi olan müəssisələrə təsir edəcək.
Əgər bu kəsintilərə gedilməsəydi, neftin indiki qiyməti bundan da aşağı olacaqdı. Biz aprel ayında bazarlar üçün yaranmış xaotik vəziyyəti gördük. Onun təsirləri bu gün də keçməyib. Hələ də bazarda artıq neft həcmləri yığışdıra bilmirlər. Bu baxımdan kəsintilərə getməklə bazarda uzunmüddətli bir tarazlığı yaratmaq üçün həm hasilatçılar, həm də istehlakçılar üçün məqbul bir enerji gücünün formalaşmasına nail oldular. Bunun nəticəsində hazırda hasilatçılar və istehlakçılar elə də zərər çəkmirlər”.
Ekspert hesab edir ki, gələn il neftin qiymətində müəyyən artımları müşahidə etmək olar:
Əgər vəziyyət belə davam etsə, gələn il də neftin qiymətində müəyyən artımları müşahidə etmək olar. Yəni sazişə əsasən, hər dövlət üçün müəyyənləşdirilmiş kəsintilərin tavan həddə çatdırılması baş verərsə, gələn il qiymətlərdə artımlar müşahidə olunacaq. Bu da aprel ayı və ondan sonrakı zaman müddətindəki itkilərimizi kompensasiya edəcək.
Düşünürəm ki, bazarın tənzimlənməsi neft hasil edən bütün ölkələrin maraqlarına uyğundur. Burda ciddi problem görmürəm. Çünki başqa yol da yoxdur. Əgər bazar tənzimlənməsə neftin qiyməti bundan da aşağı düşəcək. Burada isə gəlirdən söhbət gedə bilməz. O ki qaldı Azərbaycan üçün neft kəsintilərinə gedilməsinə, onsuz da bizdə ildən-ilə neft hasilatı azalır və bu təbii prosesdir. Çünki aktivimizdə olan yataqlar özlərinin pik dövrünü geridə qoyublar və yaşlanıblar. Hazırda Xəzərin Azərbaycan sektorunda geoloji, geofiziki tədqiqatlar aparılır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024