Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-09-2020, 15:09)
Daha bir ölkə neft qiymətlərini endirdi

 İraq hökuməti Səudiyyə Ərəbistanı və bölgədəki digər istehsalçıların analoji hərəkətlərinə cavab olaraq ABŞ, Avropa və Asiya bazarları üçün neft qiymətlərini endirməyə qərar verib.
Mediatv.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu qərar tələb və təklif arasındakı fərqin azaldılmasına yönəlmiş OPEC+ müqaviləsinə növbəti əngəl rolunu oynayacaq.
Nəşrdə bildirilib ki, dünya bazarında neftin hələ çox olması səbəbindən müştərilər onu mövcud qiymətlərlə almaq istəmir. Asiyada müştərilər İraqın “Basrah Heavy” ağır xam neftini 1 dollar, ABŞ-da 0,75 dollar, Avropada isə 2,65 dollar endirimlə alacaqlar. Həmçinin bu vəziyyətin İraqın 2021-ci ildə özü üçün azadlıqlar tələb etməsi üçün əlavə bir bəhanə rolunu oynayacağı bildirilib. Ölkə neft gəlirlərindən çox asılıdır və müqavilənin ilk aylarından bəri rekord pozucu olaraq qalır. Belə ki, İraq may-iyul aylarında kvotalarda göstəriləndən 851 min barel çox neft hasil etmişdi, lakin avqust-sentyabr aylarında bu fərqi kompensasiya edəcəyinə söz vermişdi.
“Bloomberg”in məlumatına görə, İraqın müqavilədən çıxması üzrə qeyri-rəsmi danışıqlar artıq başlayıb. Lakin Bağdadın belə bir addım atmağa cəsarət edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, 14 sentyabr səhər saatlarında etalon “Brent” markalı neftin bir barrelinin qiyməti 39.53 dollar, “WTI” markalı neftin qiyməti isə 37 dollar səviyyəsində qərarlaşıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024