Avqust ayının 6-da Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlətdən maliyyələşən bir sıra qurumların fəaliyyəti sərt tənqid edildi.
Dövlət başçısının tənqidinə səbəb bu qurumların səmərəsiz layihələrə pul xərcləməsi, dövlətdən ayrılan yüz milyonlarla vəsaətin şəffaf xərclənməməsi, hesabatlılığın olmaması idi.
Prezidentin çıxışından sonra bir çox qurumlar özlərinə "çəki-düzən" versələr də, bəzi qurumlar hələ də öz "ənənələrinə" sadiqdirlər.
Qlobal.az xəbər verir ki, fəaliyyəti qənaətbəxş olmayan təşkilatlardan biri də Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətidir (ASC).
Azərbaycan Sənaye Korporasiyası ASC-nin fəaliyyətinin, inkişaf rentabelliyinin hansı səviyyədə olması barədə onun rəsmi saytına (http://ask.gov.az/) baxmaq kifayət edir.
Azərbaycan Sənaye Korporasiyası ASC-nin saytındakı bir məqam bir sıra suallara yol açır.
Öncə onu vurğulayaq ki, Azərbaycan Sənaye Korporasiyası ASC tabeliyində fəaliyyət göstərən şirkətlərin işçilərinin əməyini qiymətləndirmək, həvəsləndirmək üçün "ayın işçisi" adı təsis edib. Qurumun baş direktoru ay ərzində əməyi, qabiliyyəti ilə fərqlənən işçilərə departament və müəssisələrin direktorlarının təqdimatı ilə sertifikat verir.
Ancaq maraqlıdır ki, Azərbaycan Sənaye Korporasiyası ASC-nin ən son fərqlənən işçiləri, daha doğrusu "ayın işçisi" nominasiyasının qalibi olan işçilər son dəfə 2019-cu ilin dekabr ayında təltif ediliblər.
O zamandan 8 ay keçsə də, özündə 13 şirkəti, yüzlərlə insanı birləşdirən Azərbaycan Sənaye Korporasiyası ASC "ayın işçisi" nominasiyasına uyğun olaraq fəallığı ilə fərqlənən işçi tapa bilməyib.
Bu isə ortaya iki sual çıxarır: ya Azərbaycan Sənaye Korporasiyası ASC-də işçilər fərqlənmək istəmir, "papağı günə verir", ya da Azərbaycan Sənaye Korporasiyası ASC ümumiyyətlə işləmir...
Qlobal.az məsələ ilə bağlı qurumdan münasibət öyrənməyə çalışsa da, qarşı tərəf mövqe bildirmədi.
Xatırladaq ki, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadədir.
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024