İqtisadiyyat / Slayd (18-03-2020, 19:58)
Sahibkar Səfər Mehdiyevə SƏSLƏNDİ - "...gömrükdən güzəşt istəyirik"
«İşçilər hər gün mağazalara gəlirlər və səhərdən axşama qədər boş-boş dayanırlar. Satış yoxdur, bəzi mağazalarımız var ki, 1 həftədir sıfırla bağlayırlar».
Bu barədə FED.az-a riteyl bizneslə məşğul olan, geyim mağazalarının sahibi iş adamı Elxan Mərdanlı deyib.
Onun sözlərinə görə, koronavirus təhlükəsi və onunla bağlı tədbirlər nəticəsində geyim sektoru tənəzzülə uğrayıb: «Ölkədə karantinlə bağlı atılan addımları sahibkar olaraq alqışlayıram. Amma karantinlər başlayandan insanlar ticarət mərkəzlərinə getmirlər».
İş adamı bildirir ki, son günlər mağazalarda ticarət tamamilə dayanıb: «İşçilər hər gün mağazalara gəlirlər və səhərdən axşama qədər boş-boş dayanırlar. Satış yoxdur, bizim bəzi mağazalarımız var ki, 1 həftədir sıfırla bağlayırlar».
İş o yerə çatıb ki, hətta qaytarılan malların sahibinə vermək üçün pul yoxdur: «Qanunvericiliyə əsasən, malın qaytarılması və ya dəyişilməsi ilə bağlı müştərilər mağazaya gəlir. Hətta bir müştərimiz var, 1 həftədir gəlir-gedir, amma biz onun pulunu qaytara bilmirik. Çünki kassada pul yoxdur. Belə olan təqdirdə biz bu mağazaları niyə boş-boşuna saxlayırıq?!».
Yeri gəlmişkən, qayatarılan paltarlarda virus olması şübhəsinə gəlincə, sahibkar deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasə, virusun geyimdə qalma ehtimalı var. Amma məsələ burasındadır ki, müştəri aldığı paltarı geyinməyib, üstündə etiketi qalır: «Qanunvericiliyə görə, həmin malları qaytarmaq olar».
İş adamı bildirir ki, ticarətin olmadığı və satıcıların iş yerinə boşuna gəldiyi bir vaxtda ticarət mərkəzlərinin işini dayandırması yaxşı olardı: «Yaxşı olardı ki, ticarət mərkəzlərinin fəlaiyyəti bir müddət dayandırılsın. Təəssüflər olsun ki, hələlik belə bir qərara verilməyib».
«Mart ayının maaşını necə verəcəyimi bilmirəm»
Elxan Mərdanlı aidiyyəti qurumlara da səsələnib. O, bu sahədə kifayət qədər tənəzzülün olduğunu əsas gətirərək, banklara güzəştə getməyin vacibliyini vurğulayıb:
«Mağazaların heç bir fəaliyyəti yoxdur və mart ayı üzrə əməkdaşlara maaşları necə verəcəyimizi bilmirik. Sahibkarların 70%-nin biznes kreditləri var. Təəssüf ki, adiyyəti qurumlardan güzəştlə bağlı bir səs yoxdur. Bir mağazadan aya 4500 manat ödəniş etmliyəm, amma necə ödəyəcəyimi bilmirəm. Digər ödənişlərim də var ki, onları demək istəmirəm. Bu həssas dönəmdə aidiyyəti qurumlar bəyanat versinlər ki, banklar sahibkarlara güzəştlər etsin və ya dondursun. Hazırda faktiki olaraq mağazaları boş saxlamışıq, müştərilər gəlmirlər».
«Mallarımız gəlir, amma gömrükdən çıxarmağa pulumuz yoxdur»
Sahibkar xaricdən gələn malların gömrükdən buraxılmadığını da qeyd edib:
«Françayzinq üzrə fəaliyyət göstərən əsasən geyim sahəsi üzrə bizneslərin 35-45 gündən bir ödənişləri var. Onlar malı alırlar sonra ödəniş edirlər. Faktiki olaraq bizim mallarımız gəlib, gömrükdə gözləyir.
Amma gedib götürə bilmirik, çünki onları rəsmiləşdirmək üçün bizim pulumuz yoxdur. Təklif edirəm ki, həmin malları gömrük orqanlarından götürək və bu proses bitdikdən sonra onlara borcumuzu ödəyək».
Gömrükdə malların ləngiməsi iş adamlarına başqa problem yaradır. Avtomobillərin dayanmasına görə. Əlavə ödəniş hesablanır:
«Quru nəqliyyatla gələn mallar var ki, maşınlar gömrükdə 72 saat gözlədikdən sonra gündə 100 dollar pul yazır. Bundan əlavə, malın anbarda qalması üçün də pul ödənilir. Bunlar artıq xərclərdir və heç bir sahibkar istəməz ki, onun əlavə xərci yaransın».
Mağazalarda endirim kampaniyasına da qadağa qoyulub
İş adamının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mağazaların endirim və digər kampaniyalar aparmasına qadağa qoyub:
«Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında mağazaların müştəriləri təşviq etməklə bağlı hər hansı bir qərarı yoxdur. Amma Bakı Şəhər İcra Hakimiyyəti birmənalı şəkildə endirim və digər kampaniyalara qadağa qoyub. Belə ki, ticarət mərkəzlərində bütün endirimləri yığışdırıblar. Hətta online endirimlərin də yığışdırılmasını istəyirlər. Biz bilmirik ki, hansı qərarla fəaliyyətimizi davam etdirək». Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakiimiyyətindəy FED.az-a bildirilib, endirim kapaniyalarının qadağan ediləsi ilə bağlı heç bir göstəriş daxil olmayıb.
«Mall»larla müqaviləyə görə mağazaları bağlaya bilmirik»
İş adamının sözlərinə görə, belə vəziyyətdə ən yaxşı çıxış yolu mağazaları bağlamaq olardı: «Onsuz da işçilər uzaq yerlərdən işə gəlirlər, gündəlik xərcləri çıxır və biz bunu qarşılaya bilmirik. Bu halda da onları öz hesablarına məzuniyyətə göndərməliyik. Amma mağazaları da özbaşına bağlaya bilmirik. Çünki ticarət mərkəzləri ilə müqaviləmiz var, o müqaviləyə görə, ticarət mərkəzi səhər saat 9-da açılıb axşam saat 22:00-da bağlanmalıdır, mağazalar da həmin vaxt işləməlidir».
Elxan Mərdanlı bildirir ki, belə bir həssas durumda dövlət sahibkarlara dəstək olmalıdır. Əks halda sonradan bu sahədə böyük problemlər yarana bilər: «Birmənalı şəkildə karantin müddətində sahibkarlarla bağlı önəmli qərarlar qəbul olunmalıdır. Onsuz da itkilərimiz var, heç olmasa zəririn yarısından dönək».

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024