Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (31-07-2014, 14:16)
Bakıya kondisionerli avtobuslar gətiriləcək

 

Avtobuslar 2015-ci il olimpiya oyunları ilə əlaqədar gətiriləcək

 

Sərnişin avtobuslarında kondisionerlərə tələbat var. Yay fəslində paytaxtdakı sərnişin avtobuslarından istifadə sanki insanı mənzil başına çatdırmaqla yanaşı həm də onlara havanın hərarətini iki qat hiss etməyə kömək olur. 
Avtobusda kondisionerlərin mövcud olmaması günün çox hissəsini sükan arxasında keçirən sürücülərin də işini çətinləşdirir. Deyirlər nə yaxşı ki, Bakı küləklər şəhəridir, əks halda avtobusda dayanacaqda ürəyi dayanan sərnişinlər olar. Sürücülərlə söhbətdə onların da avtobuslarda kondisionerlərin quraşdırılmasının tərəfdarı olduqlarını öyrəndik. Amma bildirdilər ki, bu da hər beş dəqiqədən bir dayanacaqda dayanaraq qapılarını açıb sərnişin mindirib, düşürən avtobusu çətin ki, normal soyuda bilsin. Sərnişinlər də havalanmış salonda mənzil başına çatmaq istəyirlər.
Bir çox ölkələrdə məsələn, qonşu Türkiyədə kondisionerli avtobuslardan istifadə olunmaqdadır. Burada avtobus qısa və ya böyük məsafəni qət etməsindən asılı olmayaraq soyutma sistemi hər birində mövcuddur. 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Nəsənov isə belə bir xidmətin bizim avtobuslarda da tətbiqinin mümkün olmadığını bildirdi. O, 2015-ci il yay Olimpiya oyunları ilə əlaqədar paytaxta gətiriləcək yeni avtobuslarda bu sistemin işləyəcəyini və bundan başqa heç bir köhnə avtobusa kondisionerin quraşdırılmayacağını dedi.
Bir sözlə yeni avtobusa əyləşən sərnişinin bəxti gətirdi. Bu avtobuslar həm rahat, həm də bayırdakı günün istisini hiss etmədən mənzil başına çatmaq şansı qazanır. Qazanan həm də paytaxt küçələri olacaq. Nə də olsa, rahat sərnişindaşıma xidməti özü inkişafdan xəbər verir. Digər avtobusların da yeniləri əvəz edilib-edilməyəcəyini artıq zaman göstərəcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024