İqtisadiyyat (8-04-2019, 15:00)
“SOCAR”dan kiçik və orta sahibkarlara dəstək - Saziş bağlanılacaq
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Mediatv.az xəbər verir ki, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Mərkəzin icraçı direktoru Vüsal Qasımlı imzalayıb.
Memorandum yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılmasını nəzərdə tutur.
Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatlar yeni rəqəmsal portalda yerləşdiriləcək.
Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.
Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısı, daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtləri göstəriləcək. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlarla birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur.
Portalda nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilmiş mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək.
Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin təchizat ehtiyaclarına dair əsas məlumatların vahid rəqəmsal məkanda təqdim edilməsi yerli sahibkarlara mövcud təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf tərzdə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək:
“SOCAR-ın korporativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək.
Beləliklə, ilkin mərhələdə idxalın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcək”.
Vüsal Qasımlı portalın qısa zamanda təqdim olunacağını bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024