Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (18-02-2019, 11:02)
“Carlsberg Azerbaijan” 2018-ci ildə artıma davam etdi

2018-ci ildə Carlsberg Azerbaijan şirkəti bütün satış kanallarında artım nümayiş etdirməyə davam edib, bu, həmçinin, ölkədə pivə bazarının təqribən 6% təşkil edən artımı sayəsində mümkün olub. Hazırda Carlsberg Azerbaijan ölkənin pivə bazarında lider mövqeyini saxlamağa davam edir.
2018-ci ildə şirkətin satış həcmi keçən illə müqayisədə artım göstərib, bu, ölkədə makroiqtisadi vəziyyətin sabitləşməsi, əlverişli hava şəraiti və şirkətin satışın effektivliyi və həcminin artmasına yönəlmiş əsas layihələri sayəsində mümkün oldu. 2018-ci ildə ölkəyə turist axının artmasının müsbət təsirini qeyd etmək lazımdır.
Şirkət bütün satış kanallarında həcm və bazar payı artımı nümayiş etdirib. Belə ki, ənənəvi ticarət kanalında (kiçik mağazalar) bazar payının artımı +1,1%, müasir ticarət kanalında (iri şəbəkə supermarketləri) +2%, on-trade kanalında isə (pub, restoran) +7% təşkil edib.
2018-ci ildə şirkət brend portfelini inkişaf etdirməyə davam etmişdir. Belə ki 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq Xırdalan flaqman brendindən irimiqyaslı milli promo-kampaniya keçirilib. Nəticədə, 3 Xırdalan istehlakçısı Xırdalan şəhərində Kristal Abşeron kompleksində mənzil qazanıb. Şirkətin premium portfelində azərbaycanlı istehlakçının zövqünə uyğun olan Carlsberg, Krounenbourg Blanc 1664, Seth&Riley’s Garage, Somersby brendlərinin mövqeyi möhkəmlənib.
“Carlsberg Group”un “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində şirkət SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak və iş yerində SIFIR bədbəxt hadisə prioritetlərinə uyğun olaraq fəaliyyəti davam etdirib. Belə ki, üç il ərzində təbii qazdan istifadə 34%, sudan – 43%, elektrik enerjisindən 33% azalıb.
Bundan əlavə, keçən il şirkət ənənəvi olaraq 2015-ci ildən dünyanın ən iri pivəbişirmə şirkətlərinin qeyd etdiyi “Ümumdünya Məsuliyyətli Pivə İstehlakı Günü” çərçivəsində ayıq sürücülüyə həsr olunmuş aksiya təşkil edib. Ümumdünya Məsuliyyətli Pivə İstehlakı Günü ərəfəsində bir ay ərzində sosial şəbəkə, həmçinin, iri informasiya resursları və bloqerlərin səhifələrində ayıq sürücülüyə həsr olunmuş çarx yayılıb.
Vyaçeslav Maltsev, Carlsberg Azerbaijanın baş direktoru: “2018-ci ildə əsasını 2017-ci ildə qoyduğumuz artım dinamikasını möhkəmləndirməyi bacardığımız üçün çox şadam. Ölkədə son bir neçə il ərzində müşahidə olunan biznes mühiti və dövlət tərəfindən ölkədə həm əhalinin sağlamlığı, həm dövlət büdcəsinə mənfi təsir edən alkoqol içkilərinin “kölgə bazarı” ilə mübarizə sahəsində görülən tədbirləri yüksək qiymətləndiririk. “Carlsberg Group” Azərbaycanda biznesinin uğuruna inanır və müəssisənin inkişafı ilə bağlı uzunmüddətli planları var. Tam şəffaf şirkət olaraq biz Azərbaycanın iqtisadiyyatının inkişafına öz töhfəmizi verməyə çalışırıq.
Belə ki, 2018-ci ildə vergi ayırmalarımız 18 mln. AZN-dən artıq olub, bu isə 2017-ci illə müqayisədə, 2 mln. AZN daha çoxdur. Proqnozlaşdırıla bilən qanunvericilik sahəsi və bazarda tətbiq olunan istənilən dəyişikliklərlə bağlı biznes ilə sabit dialoq 2019-ci illik ən əsas gözləntilərimizdir”.
Qeyd edək ki, 2019-cu ildə pivəbişirmə zavodunun 50 illiyi tamam olur, bununla əlaqədar olaraq Carlsberg Azerbaijan istehlakçı, əməkdaş və tərəfdaşlara yönəlmiş bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsini planlaşdırır.
Carlsberg Groupun Şərqi Avropa regionunda nəticələri
Korporativ idarəetmə strukturuna uyğun olaraq Azərbaycanın daxil olduğu “Carlsberg Group”un Şərqi Avropa regionu xalis mənfəətin 9,3% artmasını təmin edib ki, bu da həcmin 3,1% və qiymət miksinin 6% artmasından irəli gəlir. Bölgədəki bazarlarda yerli valyuta məzənnələrinin dəyişikliliyi səbəbiylə xalis mənfəət 1,3% azalıb.
Həcmlərin artması, müsbət qiymət-miksi və xərclərə nəzarət sayəsində orqanik əməliyyat gəliri 11,3% artıb. Əməliyyat marjası da yaxşılaşaraq 20,6%-ə çatıb. Bütün bazarlarda həcmlərin artımı qeyd olunub.
Carlsberg Groupun dayanıqlı inkişaf sahəsində nəticələri:
2018-ci ilin nəticələrinə əsasən “Carlsberg Group” dayanıqlı inkişaf sahəsində stabil tərəqqi haqqında məlumat verir. Qeyd edək ki, ötən il ərzində Qrup həm də yaxşı maliyyə nəticələri göstərib – gəlir artımının sürətlənməsi və marjanın yaxşılaşması qeyd olunub. 2015-ci ildən “Carlsberg” nisbi karbon tullantılarını 20% və su istehlakını 9% azaldaraq, “Carlsberg Group”un artımı ətraf mühitə mənfi təsirdən ayırmağa dair qətiyyətini göstərir.
2018-ci ildə “Carlsberg” istehlakçılara yönələn bir sıra dayanıqlı innovasiyalara start verib, hansı ki, bunların sırasında həm plastik, həm də karbon tullantıları azaldan Snap Pack qablaşdırması var idi.
***
Carlsberg Azerbaijan pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir.
Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln. AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth&Riley's Garage kimi məşhur brendlər var.  
Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 42000-dən çoxdur. 
“Carlsberg Azerbaijan”la əlaqə
 “Carlsberg Azerbaijan” MMC-nin korporativ ünsiyyətlər üzrə böyük meneceri
Nadejda Ovsyannikova
Mob: +994 50 245 27 41
[email protected]
və ya  
“Carlsberg Azerbaijan” MMC-nin korporativ ünsiyyətlər üzrə böyük mütəxəssisi
Lalə Əfəndi
Mob: +994 50 286 76 64
[email protected]
www.carlsbergazerbaijan.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024