İqtisadiyyat (13-07-2018, 10:43)
ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir
ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir.
Mediatv.az xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.
“ABŞ “Şimal axını - 2” layihəsinə qarşıdır”, - Kampos bildirib. Onun sözlərinə görə, bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək.
“Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - o, əlavə edib.