Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-05-2018, 10:57)
FES faiz dərəcəsini iyunda artıracaq

FES faiz dərəcəsini iyunda artıracaq

 

Federal Ehtiyat Sisteminin (FES) açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin (FOMC) iki gün davam edən toplantısında, gözlənildiyi kimi, faiz nisbəti artırılmadı. 

Mediatv.az  xəbər verir ki, FES-in bu qərarı bazarlarda bir neçə gedişatla yadda qaldı. 

Əvvəla, FOMC-ın toplantısından sonra mətbuat konfransı keçirilmədi. İkincisi, FES-in bu qərarı iyun ayında keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağı ilə bağlı proqnozları qüvvədə saxladı. 

Hökumətin iqtisadi görünüşün qısa vədədə sabit qalacağı yönündəki fikirləri dəyişməz qaldı. 

Qeyd edək ki, ötən il FES uçot dərəcəsini üç dəfə artırmışdı. O zaman analitiklər 2018-ci ilin mart ayında 3-4 faiz artım proqnozlaşdırırdılar. 

Doğrusu, ABŞ-da qiymət artımının illik həddi ölkənin Federal Ehtiyat Sisteminin açıq bazarda əməliyyatlar üzrə federal komitəsinin ortamüddətli perspektivdə müəyyən etdiyi 2%-lik hədəfə yaxın idi.

Belə ki, mart ayında inflyasiya fevraldakı 1,7 faizdən 2 faizə yüksəlmişdi. Lakin FES mart ayında baş tutan toplantısında faiz nisbətini cəmi 25 bənd artıraraq 1,50-1,75 faizə qaldırdı. 

FOMC-ın növbəti toplantısı 12-13 iyunda keçiriləcək. Həmin iclasdan sonra mətbuat konfransı baş tutacaq. O cümlədən, birjalara təsir edəcək vacib protokollar açıqlanacaq.

Yeri gəlmişkən, iyun toplantısında FES-in faizləri artırması qaçılmazdır. Çünki ABŞ iqtisadiyyatında artım rəqəmləri inflyasiyaya təzyiqi artırıb. Bu da cari ildə FES-in dörd faiz artımına gedəcəyinə dair gözləntiləri çoxaldıb. 

İyun ayı toplantısında isə faizlərin 25 bənd artırılması ehtimalı 80 faiz səviyyəsindədir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024