Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-06-2017, 16:13)
FES faizləri dörd dəfə artıra bilər

FES faizləri dörd dəfə artıra bilər

 

ABŞ iqtisadiyyatında müsbət dinamika davam edərsə, uçot dərəcəsi bu il daha 3 dəfə artırıla bilər. 

Mediatv.az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı San-Fransisko ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Uilyams (John Williams) Seulda keçirdiyi mətbuat konfransında verib. 

C.Uilyams ABŞ iqtisadiyyatının işsizliyin 4,5% səviyyəsindən aşağı düşməsi ilə sürətləndiyini və prosesin davam edəcəyini bildirib. O, həmçinin FES-in tədricən monetar ekspansiyanı azaltmasının mümkün ola biləcəyini qeyd edib.

“FES-in bu il 3 dəfə uçot dərəcəsini artırması baza ssenarisidir. İqtisadiyyat güclənərsə, faizlərin 4 dəfə artırılması (mart artımı daxil olmaqla) dəstəklənə bilər”, - deyə C.Uilyams bildirib. 

O, FES-in növbəti addımının balansını azaltmaq olacağını və bu prosesin bu il başlaya biləcəyini ehtimal etdiyini xatırladıb. Balansın normal səviyyəyə gəlməsi üçün isə bir neçə il vaxt lazım olacaq. Uçot dərəcəsinin yaxın illərdə hansı səviyyədə ola biləcəyinə dair suala isə C.Uilyams “nəticədə, mərhələli şəkildə hərəkət edirik və 3% hədəfinə doğru irəliləyirik”, - cavabını verib.

C.Uilyams “maliyyə siyasətində 2017-ci ildə heç bir dəyişiklik gözləmirəm. Hər hansı bir dəyişiklik olacaqsa, 2018-2019-cu illərdə ola bilər”, - deyə əlavə edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024