Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-04-2018, 13:00)
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı

Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı

 

Bu gün ölkədə sosial ödənişlər sisteminin ikinici komponenti kimi kateqorial yanaşma əsasında müxtəlif əhali qruplarına təyin olunan sosial müavinət və təqaüd sistemi fəaliyyət göstərir. Bu ödənişlərin də mütəmadi artırılması təmin edilir.

Mediatv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.

O qeyd edib ki, 2017-ci il ərzində ölkə əhalisinin 4,8 faizinə və ya 482,9 min nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub: 

“Onlardan 385 min nəfəri aylıq, 97,9 min nəfəri isə birdəfəlik sosial müavinətlə təmin edilib.

Bundan əlavə, Azərbaycan Respublikası prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən, 60 min nəfərə Azərbaycan Respublikası prezidentinin təqaüdləri təyin olunaraq ödənilib.

2017-ci ildə sosial müavinət alanların sayı 2003-cü il ilə müqayisədə 329,7 min nəfər, 2005-ci il ilə müqayisədə təqaüd alanların sayı isə 58,8 min nəfər artıb.

2003-cü ildə bu məqsədlər üçün 4 mln. manat vəsait xərcləndiyi halda, 2017-ci ildə 92,7 dəfə çox və ya 370,6 mln. manat sərf edilib”. 

S.Müslümov deyib ki, əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə maddi vəziyyətlə uzlaşdırılaraq ehtiyaclılıq şərti əsasında təyin edilən və aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir:

“Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.

2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil edib (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 mln. manat xərclənib ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur.

Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024