Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-01-2015, 10:30)
50 min ailə sosial yardımdan məhrum oldu

50 min ailə sosial yardımdan məhrum oldu

Azərbaycanda bu il üçün nəzərdə tutulan bütün sosial proqramlar tam şəkildə icra olunacaq 

 

"Mediatv.az"  APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazirin sözlərinə görə, 20 Yanvar əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan güzəştlərin hamısı icra olunub: 
 
“İndiyə kimi 53 nəfər 20 Yanvar əlilinə ev, 72-nə avtomobil verilib. Bununla yanaşı, 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə və 316 nəfər 20 Yanvar əlilinə birdəfəlik yardım edilib. Hazırda 112 şəhid ailəsinə 300 manat məbləğində prezident təqaüdü ödənilir. 316 nəfər birinci qrup əlilinə hər ay 150 manat, ikinci qrupa 130 manat, üçüncü qrup əlillərə isə 100 məbləğində prezident təqaüdü verilir”.
S.Müslümov qeyd edib ki, keçən ilin dekabrında 143 min ailə ünvanlı sosial yardım aldığı halda, bu ilin dekabrın 1-nə onların sayı 92 minə enib.
 
“İl ərzində yoxlanma həyata keçirildi və ancaq bu yardımı almağa hüququ olanlar alırlar. Vaxtı ilə ünvanlı sosial yardıma hüququ olmayanlar da bundan yararlanırdı, hazırda isə bu halların qarşısı alınıb. Eyni zamanda, bir ailənin aldığı ÜSM məbləği 30 manat artdı. Bununla yanaşı, yaxın 3-4 ay ərzində bu vəsaitin alınması prosesi avtomatlaşdırılacaq", - deyə nazir bildirib.
 
Bildirək ki, bir müddət öncə sosial yardımın verilməsində qaydaların dəyişdiriləcəyi bildirilib. Yeni qaydalara əsasən tələb olunan sənədlərin sayı azaldılacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
13 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024