Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-04-2018, 21:00)
Yeni yataqlardan ilk məhsulun çıxarılacağı vaxt açıqlandı

Yeni yataqlardan ilk məhsulun çıxarılacağı vaxt açıqlandı

 

Hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir.

Mediatv.az  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, həmin yataqlarda hasilatın təbii azalması baş verib:

“Buna baxmayaraq Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Son 15 il ərzində iki milyon metrdən çox qazma işi həyata keçirilib.

1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara verilib.  Bu xəttin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib. Abşeron yatağında “Total” şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb.

“Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə start verilib. SOCAR artıq öz imkanları ilə altı min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir.

Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024