İqtisadiyyat (13-02-2018, 10:57)
Mərkəzi Bank: İqtisadiyyatda kredit aktivliyi bərpa olunmayıb
İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (7 günədək, 14 günlük, 28 günlük və s.) çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayır.
Mediatv.az Mərkəzi Banka istinadən xəbər verir ki, iqtisadiyyatda kredit aktivliyinin bərpa olunmaması şəraitində bank sistemində akkumulyasiya olunan izafi likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə yüksək tələbi şərtləndirir.
Ümumilikdə təhlillər göstərir ki, yaradılmış monetar şərait istehlakla yığımın optimal balansının təmin edilməsinə müsbət təsir edir.
Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcək.
Öz səlahiyyətləri çərçivəsində sərəncamında olan alətlərlə qiymətlərin sabitliyini təmin etməyə çalışacaq.