Siyasət / Slayd (3-02-2015, 20:43)
Mərkəzi Bank valyuta siyasətini yumşaldır - Elman Rüstəmov
Elman Rüstəmov: «İqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə ediləcək»
2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadə miqyası genişləndiriləcək”.
«Həftə içi» məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov MB-nın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirib.
O, qeyd edib ki, 2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək.
Mərkəzi Bankın sədri deyib ki, 2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. "Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaq".
Elman Rüstəmov onu da vurğulayıb ki, 2014-cü ildə yüksək maliyyə risklərinin qarşısını almaq üçün istehlak kreditləşməsinin artımı Mərkəzi Bank tərəfindən tənzimlənib. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olmaqla isə 13 faizə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31 faiz azalıb.Onun sözlərinə görə, 2015-ci il üçün Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrdən biri ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak etməkdir: “Mərkəzi Bank iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək. Bundan başqa 2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcək».
Mərkəzi Bankın sədri qeyd edib ki, 2015-ci ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaqdır. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq: “Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaq».
Mərkəzi Bank sədrinin çıxışını «Həftə içi»nə şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyib ki, ölkənin baş bankirinin açıqlamaları Mərkəzi Bankın pul-kredit siyasətini yumşaldacağından xəbər verir. Amma ekspert bildirib ki, yumşaltma siyasətinin hansı həddə olacağını əvvəlcədən müəyyənləşdirmək çətindir: «Mərkəzi Bankın 2015-ci ildə atacağı bütün addımlar neftin qiymətindən asılı olacaq. Əgər il ərzində neftin qiymətində ucuzlaşma davam edəcəksə, Mərkəzi Bank məcbur pul-kredit siyasətini yumşaldacaq. Çünki aydın məsələdir ki, gəlirlərin azalmağa doğru getdiyi bir vaxtda Mərkəzi Bank manatın möhkəmlənməsinə 2-3 milyard dollar əlavə vəsait xərcləməkdə maraqlı olmayacaq. Lakin bununla yanaşı, qeyd etməliyəm ki, hökumət üçün 2015-ci il önəmli il olduğundan maksimum dərəcədə iqtisadi sabitliyin qorunmasına çalışacaq. Yəni, hökumət kəskin inflyasiyadan, qiymət artımından çəkinəcək».
Sevinc