Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-12-2017, 12:07)
Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı

Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb. Belə ki, 6 dekabr tarixində “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusunda təqdimat keçirilib.

Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Tədbirdə media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Təqdimatda çıxış edən komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, ölkə rəhbərinin müvafiq fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, iqtisadiyyata investisiya cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla reallaşdırılması istiqamətində işlərini davam etdirir. Dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi ilə bağlı fəaliyyətini təkmilləşdirir. Komitə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində daima innovativ yeniliklər tətbiq edir.

Bildirilib ki, “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq” mövzusuna həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Qeyd edilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investsisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Elektron hərracların istifadəyə verilməsinin prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması, zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun nəticəsində prosesdən büdcə daxilolmalarının artmasına şərait yaranır. Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.

Qeyd edilib ki, hərraclarda elektron iştirak etmək Komitənin emdk.gov.az rəsmi səhifəsi ilə izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb. Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadə və rasionaldır. Bununla yanaşı Komitənin http://privatization.az saytı vasitəsilə bir virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları yaradılıbdır. gov.az

Tədbirdə bildirilib ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Qeyd edilməlidir ki, Komitə tərəfindən mütəmadi olaraq İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində açıq və şəffaf hərraclar keçirilir. Hərraclar vasitəsilə müxtəlif növ iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri özəlləşdirməyə çıxarılır.

Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və bu proses əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya özəlləşdirmə prosesinin operativliyini artıraraq bu sahənin innovativ üsullarla daha da inkişaf etməsinə şərait yaradacaq. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir.

Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və “Sifariş ver” düyməsini sıxır. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra “Beh ödə” düyməsindən istifadə edir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak edə bilər. Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmış bitir.

İştirakçı elektron hərrac proqramına daxil olduqdan sonra hərracda iştirak etmə qaydaları ilə bir daha tanış ola bilər

İştirakçı “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək sifariş verdiyi lotun sağ tərəfindəki hərraca qədər qeyri-aktiv, hərrac zamanı isə aktiv olan “Hərraca qoşul” düyməsini sıxır.

Yeni açılmış pəncərədə satışa çıxarılan əmlakın start qiyməti göstərilmiş “Start qiyməti” xanasının aşağısında “Lotun Cari qiymət” xanasına nəzər yetirərək “Təklif” və “Təklif”(təkrar) xanalarında təklif etmək istədiyi məbləği daxil edir və yaxud üzərində rəqəmlər olan düyməni 2 dəfə sıxdıqda minimum təklif olunmalı məbləği sistemə əlavə edir.

Hərrac rəqabətli keçdikdə ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə aparılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır, bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Digər qırmızı şriftlə olan yazı son təklif vermiş iştirakçının lot nömrəsini göstərir. Hərrac İştirakçısı 60 saniyə ərzində “Təklif” və “Təklif”(təkrar) xanalarına öz təkliflərini daxil edərək “Əlavə et” düyməsi ilə təkliflərini təqdim etmiş olur.

Hərracın aparıcısı elan etdiyi qiymətə birinci münasibət bildirən iştirakçını seçir, administrator isə bu məlumatı kompyüterə daxil edir.

Hər son təklifdən sonra sistem avtomatik olaraq hərracı 60 saniyə uzadır. “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında müvafiq olaraq hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət öz əksini tapır.

Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.

Hərrac günü müəyyən olunmuş vaxtda hər bir istifadəçi (qeydiyyatdan keçmiş və keçməmiş) e-hərracın gedişini https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkindən izləyə bilər.

Qanunvericiliyə uyğun olaraq hərracın canlı və ya virtual iştirak etmiş qalibi 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür. Alıcı göstərilən müddət ərzində ödənilməli olan məbləği ödəmədiyi halda onun tərəfindən ödənilmiş beh geri qaytarılmır, tam məbləğdə dövlət büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır.

Ödəniş tam keçdikdən sonra əmlak müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilir.

Qeyd edilməlidir ki, Komitənin fəaliyyət istiqamətləri üzrə istifadə edilən 36 elektron xidmətdən 11-i dövlət əmlakının özəlləşdirilməsi ilə bağlıdır.

 

Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı
Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı
Özəlləşdirmə sahəsində daha bir innovativ yenilik: Hərraclar tam elektronlaşdırıldı

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024