Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-12-2017, 13:25)
Bu dəfəki hərracda elektron sifarişlər üstünlük təşkil edib

 

 

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Hərraclarda iştirak prosesi tamamilə elektron şəkildə həyata keçirilir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Belə ki, xidmət vətəndaşa hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05 dekabr tarixində keçirilən hərracda müxtəlif əmlaklar üzrə sifarişlər elektron şəkildə daxil olub. Belə ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsi üzrə daxil olan sifarişlərin 3-ü elektron olaraq qeydiyyatdan keçib. Həmçinin paytaxtın Yasamal və Xəzər rayonundakı qeyri-yaşayış sahələri üçün də vətəndaşlar tərəfindən elektron olaraq sifariş edilib. Hərraclara qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.

Bugünkü keçirilən hərracda ümumilikdə 15 əmlak özəlləşdirilib. Rəqabətli keçən hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyət, 14-ü isə istifadəsiz qeyri-yaşayış sahəsidir. Özəlləşdirilən istifadəsiz olan daşınmaz dövlət əmlaklarının hamısı Bakıda yerləşir.

Elektron sifariş verilərək hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nərimanov rayonunda yerləşir. Qeyd olunan qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 68 kv.m-dir. Əmlak hərracın gedişatı zamanı rəqabətli şəraitdə ilkin satış qiyməti 20 min manatdan yüksələrək 38 min 700 manata özəlləşdirilib. Rəqabətli formada özəlləşdirilən digər əmlak isə paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 113.4 kv.m olan qeyri-yaşayış sahəsi rəqabətli keçən hərrac prosesində ilkin satış qiyməti 12 min 500 manatdan yüksələrək 20 min 200 manata öz sahibini tapıb. Elektron hərrac xidməti vətəndaşa həm vaxtına qənaət etmə imkanı yaradır, həm də operativ olaraq xidmətdən istifadəni təmin edir.

Ən aşağı qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Yasamal rayonundakı qeyri-yaşayış sahəsi olub. Əmlak 3 min manata özəlləşdirilərək sahibini tapıb.

Bu dəfəki hərracda 1 səhmdar cəmiyyəti də özəlləşdirilib. Özəlləşdirilən səhmdar cəmiyyəti Ağsu rayonunda yerləşən “Ağsu Sənaye İnşaat” olub.

Hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin artmasına gətirib çıxarır. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024