İqtisadiyyat (21-11-2017, 17:30)
Canet Yellen FES-lə əlaqələrini tamamilə kəsir
ABŞ Mərkəzi Bankının ilk qadın rəhbəri Canet Yellen səlahiyyət müddəti başa çatdıqdan sonra FES-in İdarə Heyətinin üzvü kimi qalmayacaq.
Mediatv.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Yellenin istefa məktubu dünən ABŞ prezidenti Donald Trampa təqdim edilib.
Nəzərə çatdıraq ki, Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralın 4-də başa çatır.
ABŞ prezidenti Donald Trampa ünvanlanan məktubda C.Yellen qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olmaqdan məmnunluğunu ifadə edib: "Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nail olduğumuz üçün çox məmnunam".
ABŞ prezidenti Donald Tramp FES rəhbərliyinə Cerome Powellini təyin edib.