Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-09-2017, 10:26)
Neftin qiyməti bahalaşmaqda davam edir

Neftin qiyməti bahalaşmaqda davam edir

 

Dünya birjalarında neft sürətlə bahalaşır.

Mediatv.az “APA-Economics”ə istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar və ya 0,23% artaraq 52,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,73% artaraq 59,45 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayının ortalarından etibarən ən yüksək həddə çatıb.

Treyderlər neftin bahalaşmasını OPEC+ razılaşmasından gözləntilərlə izah edir. “Bazar iştirakçılarının gözləntilərinə əsasən, OPEC+ razılaşmasının müddəti uzadılacaq, hətta hasilat indikindən daha çox azaldılacaq”, - deyə “Capital Economics” şirkətinin analitiki Tomas Pyu qeyd edib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 mln. barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024