İqtisadiyyat (21-06-2017, 11:47)
OPEC-in toplantısı ərəfəsində neftimizin qiyməti artır
Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,2 dollar və ya 0,36% artaraq 54,97 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub.
Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət bu gün OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib.