Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-09-2017, 19:43)
Fərdi uçot sistemində şəxsi hesabı olanların sayı açıqladı

Fərdi uçot sistemində şəxsi hesabı olanların sayı açıqladı

 

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 146 329 nəfərə şəxsi hesab açılıb.

Mediatv.az nazirliyə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü (128 964 nəfər) ilə müqayisədə 13,5 faiz çoxdur.

Beləliklə, 01 sentyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 309 118 nəfər) ilə müqayisədə 6,4 faiz artaraq, 3 milyon 519 min 886 nəfərə çatıb.

Azərbaycanın sığorta-pensiya sisteminin vacib elementi olan fərdi uçot sistemi 2006-cı ildən fəaliyyət göstərir. İşləyən vətəndaşların fərdi uçot sistemi ilə əhatə olunması, sistemdə fərdi şəxsi hesaba malik olmaları onların əmək pensiyası hüquqlarının formalaşması üçün əsas rolunu oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sığorta münasibətlərinin də elektron infrastruktur üzərində qurularaq şəffaflaşdırılması təmin edilib. “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” və s. e-xidmətlər vasitəsilə vətəndaşlar sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən real vaxt rejimində, rahat və şəffaf şəraitdə istifadə edirlər.

Bununla yanaşı, nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti də əhalinin istifadəsindədir ki, bu e-xidmət hər bir işləyən vətəndaşa şəxsi hesabında toplanan pensiya kapitalı barədə istənilən vaxt məlumat öyrənməyə imkan verir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024