Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-05-2014, 10:55)
“Aqrolizinq” ASC-nin Salyan rayon filialında yoxlamalar başlayır

“Aqrolizinq” ASC-nin Salyan rayon filialında yoxlamalar başlayır

Ötən il Salyan rayonunda taxıl biçini vaxtı fermerlərdə ciddi narahatlıq yaşandı. Kombayn çatışmazlığına görə məhsul sahədən vaxtında toplanılmadı və onun bir hissəsi itkiyə getdi.

 

Kənd təsərrüfatı istehsalçılarını texnika ilə təchiz etməyə məsul olan “Aqolizinq” ASC-nin Salyan rayon filialına rəhbərlik edən Fərid Sehranovun işinə səhlənkar yanaşması “yuxarı”larda da müzakirə olundu. Amma barəsində seçilən cəza tədbiri adamı tutduğu vəzifədən kənarlaşdırmaqdan o yana keçmədi.
Bu postu başqa birisnə həvalə etmək, hələ ki, mümkün olmayıb.
Özəl  mənbələrdən infom.az-a daxil olan  məlumata görə, ötən il baş verən təhvil-təslim vaxtı ortaya cinayət predmeti ola biləcək çoxsaylı faktlar çıxıb, bunlar hətta videoyazıya da alınıb.
Qeyd edək ki, həmin vaxt idarədə olan texnikaların əksəriyyəti sökük-salxaq, istifadəyə yararsız vəziyyətdə olub.
Baş verənlərdən nəticə çıxaran kollektiv, öz daxili imkanlarını səfərbər edərək, müəssisənin balansında olan bütün texnikaları qısa müddətdə təmir etdirərək, idarəni işlək vəziyyətə gətiriblər.
Hazırda filialın balansında olan texnikalar, o cümlədən 12 ədəd taxılbiçən kombayn mövsümə hazırdı . Rayon rəhbərliyinin səyləri nəticəsində yaxın günlərdə əlavə 10-a yaxın yeni kombayn da Salyana gətiriləcək.
İdarədə baş verən dəyişiklikdən ruhlanan sabıq sədr Fərid Sehranov “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramovun işdən çıxmağını eşidən kimi, əlhaya düşüb, itirdiyi vəzifəyə qayıtmaq üçün himayədarlarının dəstəyi ilə vasitələr arayıb.
Deyilənə görə, bü işin baş tuta bilməsi üçün o, hətta təşkilatçılara dəyəri 40 min manat olan avtomobil də hədiyyə edəcəyini vəd edib.
F. Sehranovun vəzifəyə qayıtmasında maraqlı olan şəxlərdən biri də Salyan Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə şöbə müdiri Sabir Rəhmanovdur. Bunun isə özəl səbəbləri var.
O ötən həftə icra başçısı adından təşkil etdiyi saxta razılıq məktubu ilə birgə Fərid Sehranovu “Aqrolizinq” ASC-yə göndərib ki, get, sakitcə işinin düzüb-qoş.
Amma idarədə bu variant alnmayıb. Uğursuz filial rəhbərini görən kimi rəhbər şəxslər təəccüblə soruşublar: “Sən nə üzlə təkrar bura gəlmisən? Cəlb olunduğun məhkəmə çəkişmələri bitəndən sonra işlədiyin dövr yoxlanılacaq. Elçilərinə də de ki, bizləri narahat etməsinlər.”
Filial rəhbəri olmaq həvəsinə düşən Fərid Sehranov, indi yoxlama və bundan sonra qəbul ediləcək qərarı gözləyir.
Son vaxtlar “Aqrolizinq”in bir neçə filialında keçirilmiş belə yoxlamalar ortaya dəhşətli faktlar çıxarıb və toplanılmış materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib.
Fərid Sehranov filial direktoru vəzifəsindən kənarlaşdırılarkən təhvil verdiyi texnikalardan bir neçəsinin şəkillərini təqdim edirik
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024