Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-03-2017, 16:09)
Beynəlxalq Bankdan 10 mlrd. manatlıq aktiv köçürülüb

beynelxalq-bank-1

2012-ci ildən bu günədək hökumət “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1,151 mlrd. manat kapital ayırıb.

Mediatv.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin ABB ilə bağlı hazırladığı hesabatında qeyd olunub.

Hesabata əsasən, 2012-ci ildə banka 91 mln. manat, 2013-cü ildə 116 mln. manat, 2014-cü ildə 93 mln. manat, 2015-ci ildə 51 mln. manat, ötən il 199 mln. manat, bu il isə 600 mln. manat kapital ayrılıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə ABB-nin 9,923 mlrd. manatlıq aktivi köçürülüb. Bunun 2,314 mlrd. manatı 2015-ci ildə, 7,609 mlrd. manatı isə 2016-cı ildə həyata keçirilib.

Agentliyin analitikləri hesabatda ABB-yə əlavə dəstəyin göstərilməsinin mümkünlüyünü də vurğulayıb. Bildirilir ki, banka əlavə dəstək xarici valyuta qarşılığında əlavə olaraq 5 mlrd. manat aktivin köçürülməsi, ABB-nin dövlət öhdəliklərinin yerli valyutaya konvertasiyası və ya hecinq vasitəsilə qısa valyuta mövqeyinin qapanması üçün tədbirlər, o cümlədən banka əlavə kapital dəstəyi formasında baş tuta bilər. “Buna baxmayaraq, toksik aktivlərin ötürülməsindən sonra belə ABB-nin inkişafla bağlı strategiyası aydın deyil”, – deyə hesabatda qeyd olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024