Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-02-2017, 09:19)
“Moody`s” ABB-nin reytinqlərini endirib– PROQNOZ NEQATİVDİR

beynelxalq

 

Moody`s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini “Ba3” bəndindən “B1” bəndinədək endirib.

Mediatv.az-a Agentlikdən verilən məlumata görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi “Ba3” bəndindən “B1” bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə “B1” bəndindən “B2” bəndinədək aşağı salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi “Not-Prime” səviyyəsində təsdiqlənib.

Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.

Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir.

“Bank öz risklərini hecləşdirmək imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 mln. manatlıq kapitalizasiyaya baxmayaraq, 2017-ci ilin yanvarın 23-nə əsasən bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub”, – deyə agentliyin açıqlamasında bildirilir.

Agentliyin mütəxəssislərinin hesablamalarına görə, 2016-cı ilin sonuna bankın xarici öhdəliklərinin həcmi 4 mlrd. manat və ya 2,1 mlrd. dollar təşkil edir: “Hazırda ABB-nin xarici valyutada məhdud likvidliyi var və bu məbləğ 830 mln. manat və ya 430 mln. dollardır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024