Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-10-2016, 11:47)
Bakıda daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz

trend_house_

“Daşınmaz əmlak bazarında yay aylarında qiymətlərdə müəyyən azalmalar olur. Adətən payız aylarından başlayaraq nisbi artım hiss olunur. Lakin daşınmaz əmlak bazarındakı hazırkı vəziyyət qiymətlərin ilin sonuna qədər sabit qalacağı ehtimalını verir”.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə “MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2016-cı ilin avqustunda iyulla müqayisədə 0,74 faiz azalıb.

Onun sözlərinə görə, iyulda cüzi artımdan sonra avqustda qiymətlər yenidən aşağı düşməyə başlayıb: “Qiymətlər 2016-cı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27,85 faiz, 2015-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 28,74 faiz azalıb”.

Ekspert qeyd edib ki, ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsi ilkin mənzil və kommersiya obyektlərinin seqmentindəki ucuzlaşma ilə bağlıdır: “Avqustda ilkin mənzil bazarında əvvəlki aylarla müqayisədə 3,47 faiz azalma müşahidə edilib, ilin əvvəlində isə qiymətlər 24,53 faiz azalıb. Kommersiya obyektlərinə gəlincə, burada ilin əvvəlindən qiymətlər 22,36 faiz, avqustda isə 6,69 faiz azalma müşahisə olunub”.
N.İbrahimov əlavə edib ki, torpaq sahələri bazarında isə qiymətlər iyulla müqayisədə 0,66 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,69 faiz azalıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024