Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-09-2016, 21:18)
Nəzarət Palatası bankirləri bir yerə yığdı

Nəzarət Palatası bankirləri bir yerə yığdı

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.
Palatadan bildirilib ki, görüşdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hesabatlığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət sistemlərinin daha da təkmilləşdirilməsi, komplayens departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və digər əlaqədar məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlıq statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılıb, bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024