Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-09-2016, 09:53)
SOCAR-ın sərmayələri nə zaman əlavə gəlir gətirəcək?

SOCAR-ın sərmayələri nə zaman əlavə gəlir gətirəcək?

Ekspertlər ARDNŞ prezidentinin açıqlamasını şərh etdilər; “Ölkəyə sərbəst konvertasiya olunan valyutanın gətirilməsi potensialına görə SOCAR ölkənin aparıcı şirkətidir”

 

“Biz keçid mərhələsindəyik. SOCAR əldə etdiyi gəlirləri hazırda mühüm sənaye layihələrinə sərmayə qoyur. Başa çatandan sonra bu layihələr Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək”.
Mediatv.az xəbər verir ki, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Trend”ə müsahibəsində belə deyib. O bildirib ki, şirkətləri ümumilikdə hasilata qoyulan sərmayələrini azaldıb: 
 
“Lakin SOCAR öz sərmayələrini əvvəldən müxtəlif sahələrə yönəldib. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə biz investisiyalarımızı şaxələndirməyə qərar verdik. Onda neft şirkətləri əsasən neft hasilatına, hətta işlənməsi çox baha başa gələn yataqlara sərmayə qoymağa üstünlük verirdilər. Biz isə formalaşdırılmış strategiyamıza uyğun olaraq, hasilatla yanaşı, həm də qaz və neftin emalı, nəqli və satışı üçün nəzərdə tutulan layihələrə sərmayələr qoyduq və bununla investisiya portfelimizi şaxələndirdik. Risklərin azaldılması və səmərəliliyin artırılması üçün biz müxtəlif ölkələrin bazarlarına üz tutub yeni bazarları kəşf etməyə başladıq. Əsas layihələrimiz başa çatandan sonra hər kəs bu strategiyanın bəhrələrini görəcək, çünki bununla gəlirlərimizin sabitliyi və davamlılığı təmin olunacaq. Hazırda xam neft əvvəlki dövrlə müqayisədə çox aşağı qiymətə satılır. Lakin bunun müqabilində neft və qaz emalının gəlirliyi artıb...”
SOCAR prezidenti deyib ki, düzgün investisiya strategiyası nəticəsində 2007-2015-ci illər arasında SOCAR-ın ümumi aktivlərinin dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata qədər artıb: “Türkiyə və digər strateji bazarları kəşf etmək üçün əldə etdiyimiz gəlirləri STAR zavodu, Petlim limanı və s. kimi nəhəng layihələrimizə sərmayə qoyuruq. Sözügedən layihələr başa çatandan sonra xalis mənfəətin artması labüddür, çünki onda bu layihələr artıq gəlir gətirməyə başlayacaq”.
 
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, SOCAR son illər ərzində kifayət  qədər aktiv  sərmayə siyasəti  aparmaqdadır: “Əslində SOCAR kimi iri və sistemformalaşdıran bir qurum tərəfindən aktiv sərmayə siyasətinin aparılması təəccüblü deyil. Bununla belə, qeyd  etmək lazımdır ki, bu sərmayələrin böyük hissəsi ölkə xaricinə yönəlib və ölkə iqtisadiyyatından kapital axınının artmasına səbəb olub. Məlumdur ki, şirkət Türkiyədə Star və Petkim kimi, bundan başqa Yunanıstanda və Avropanın digər dövlətlərində iri investisiya layihələrdə iştirak etməkdədir. Sözsüz ki, SOCAR bu aktiv brendinq siyasəti ilə Avropada öz mövqelərini möhkəmləndirməyə çalışır. Lakin ölkə iqtisadiyyatı üçün ən önəmli şirkət olan SOCAR-ın iqtisadi siyasəti, o cümlədən investisiya siyasəti, ölkə iqtisadiyyatında mövcud  olan durumla daha çox uyğunlaşdırılmalıdır. Çünki hazırkı  şəraitdə ölkə iqtisadiyyatında kapital axını problemi taktiki menecment baxımından ən ağrılı problemdir. Bu baxımdan, SOCAR-ın daha çox investisiya layihələrini Azərbaycan  iqtisadiyyatına yönəltməsi, fikrimcə, daha məqsədəuyğun olardı. Biz bilirik ki, ölkəyə sərbəst konvertasiya olunan valyutanın gətirilməsi potensialına görə SOCAR ölkənin aparıcı şirkətidir. Bu baxımdan, həmin valyutanın ölkəyə nə dərəcədə lazım olmasının əlavə  sübuta ehtiyacı yoxdur. Hesab edirəm ki, sovet dövründə də bu sahədə mövcud olmuş müsbət təcrübəni nəzərə alaraq, SOCAR-ın investisiya siyasətinin daha çox ölkə iqtisadiyyatına, o cümlədən neft emalı sənayesinə yönəldilməsi, makroiqtisadi baxımdan daha məqsədəuyğundur. Xaricə yönəldilmiş investisiyaların perspektivlərinə gəldikdə, dünyada enerjidaşıyıcıları bazarlarında çox ciddi rəqabət mövcuddur və bu sərmayələrin iqtisadi cəhətdən nə dərəcədə effektiv olacağı daha çox perspektivdə həmin bazarlarda formalaşacaq vəziyyətdən və bir sıra digər iqtisadi və geosiyasi amillərdən  asılı olacaq. Misal üçün, 3-4 ay bundan əvvəl ”Türk axını" layihəsini bir çox ekspertlər artıq bitmiş layihə hesab edirdilər. İndi isə Rusiya ilə Türkiyə arasında münasibətlərin düzəlməsi fonunda bu layihə artıq Avropanın enerji bazarının formalaşdırılmasında əsas rol oynayacaq bir layihə kimi ekspertlər tərəfindən qəbul olunmaqdadır. Buna görə də müasir  iqtisadiyyatda investisiyaların, ən çox da beynəlxalq miqyaslı investisiyaların 3-4 il bundan sonra hansı iqtisadi effekt verə biləcəyini söyləmək çətindir və bu istiqamətdə  söylənilən fikirlər sistemli təhlillərə, kompleksli proqnoz göstəricilərinə əsaslanmalıdır".
Ekspert Rəşad Həsənov isə musavat.com-a deyib ki, əslində bu yanaşma doğrudur: “Belə ki, SOCAR öz investisiyalarını şaxələndirir. İnvestisiyaların şaxələndirilməsi də SOCAR-ın fəaliyyətinin yalnız neft hasilatından ibarət olması ehtimalını aşağı salır. SOCAR nə qədər neft hasilatından asılı olacaqsa, o qədər növbəti dövrlər üçün neftin qiymətinin ucuzlaşması və digər səbəblərdən, hasilatın azalması səbəblərindən qurumun maliyyə vəziyyəti və gəlirliliyi, dəyəri aşağı düşə bilər. Əgər növbəti dövrlər üçün strategiya şaxələndirməsi aparılırsa, faktiki olaraq bu istiqamətdə müəyyən addımlar atılırsa, xarici ölkələrdə daha çox neft emalı, hasilatı, qaz paylanması məhsullarının pərakəndə satışı kimi məsələlər, hazırda SOCAR-ın investisiya marağında olan məsələlərdir, SOCAR-ın daha çox diqqət etdiyi məqamlardır. Belə olduğu təqdirdə, bu investisiyalar növbəti dövrlərdə SOCAR-ın gəlirliliyini artıra bilər. Və yaxud da dəyərsizləşməsinin qarşısını ala bilər. Hazırda bu layihələr istiqamətində daha çox xərclər gedir. Amma layihələrin artıq başa çatması növbəti dövrlər üçün SOCAR-ın gəlirlərinə müsbət təsir göstərəcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024