Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-09-2016, 19:17)
Dollar ilə bağlı vacib məlumat açıqlandı

Dollar ilə bağlı vacib məlumat açıqlandı

FED faiz dərəcəsini artırarsa, dollar daha da güclənəcək, neft isə ucuzlaşacaq 

Qlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlanıb.
Mediatv.az-ın məlumatına görə, “Marja” ABŞ Əmək Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, avqustda məşğulluq 151 min artıb. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.

ABŞ-da avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.

FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0,1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0,2% artım idi. Qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir.

Göstəricilərin proqnozdan aşağı çıxması FED-in sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir. FED faiz dərəcəsini artırarsa, dollar daha da güclənəcək, neft isə ucuzlaşacaq.

Məlumatın açıqlanmasının ardınca qlobal birjalarda dollar ucuzlaşmağa başlayıb. Avro/dollar məzənnəsi 0,3% qalxaraq 1,1231 səviyyəsinə qalxıb.

шаблоны для dle 11.2

Xəbər lenti
11 03 2025
11 03 2025
11 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025
10 03 2025