Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-07-2016, 15:29)
“Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır” – Şahmar Mövsümov

150984_res_01

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan (“Brexit”) sonra Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) funt sterlinqə investisiyaları dəyişməz olaraq qalıb.
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, fond “Brexit”dən zərər görməyib: “Bizim investisiya portfelimizdə funt sterlinqin payı dəyişməz qalıb. Ümumi portfelimizin 5%-nin funt sterlinqə yatırılmasının əsas səbəbi diversifikasiyadır ki, biz buna böyük önəm veririk. Biz vəsaitimizi müxtəlif valyutalarda ona görə saxlayırıq ki, baş verən dəyişkənliklər portfelə ciddi təsir etməsin. Çox adam deyir ki, funt sterlinq dəyərdən düşüb. Amma məsələnin başqa tərəfi də var axı: funt sterlinq dəyərdən düşübsə, deməli başqa valyutanın dəyəri artıb. Başqa valyuta deyəndə biz dolları nəzərdə tuturuq. Bizim isə portfelimizin 50%-i dollardadır. Deməli, portfelimizin 50%-i dəyər qazanıb. Buna görə, biz nisbi valyuta dəyişkənliyini nəzərə almırıq”.

Ş.Mövsümov devalvasiya ilə bağlı söhbətlərə də toxunub və bunu sırf ajiotaj adlandırıb. “Bu gün çox sayda insan manatı yüksək məzənnə ilə dollara dəyişir. Sonra ona manat lazım olanda, aşağı məzənnə ilə dollar satır. Nəyə görə? Kimdənsə eşidib ki, devalvasiya olacaq. Nəticədə isə vətəndaş itki ilə üzləşir. Devalvasiya ilə bağlı söhbətlər sırf ajiotajdır və bunun nəticəsində spekulyantlar qazanır.

Heç zaman hansısa valyutanın ardınca qaçmaq lazım deyil. Bu cür əməliyyatlar yüksək riskli spekulyativ əməliyyatlar sayılır. Bu əməliyyatlar nəticəsində qazanc əldə etmək olduqca çətindir. Bunu yalnız çox yüksək səviyyədə biliklərə malik olan treyderlər edə bilərlər, lakin onlar da çox vaxt itki ilə üzləşirlər. Hansı valyutada qazanc əldə edirsinizsə, o valyutada da xərcləmək lazımdır”, – deyə icraçı direktor qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024