İqtisadiyyat (28-06-2016, 21:18)
"SOCAR daxili mənbələrdən kredit götürməyə üstünlük verir" - Vitse-prezident
"SOCAR dünyanın aparıcı bankları ilə kreditləşmə əməliyyatları həyata keçirir".
Mediatv.az xəbər verir ki, bunu SOCAR rəhbərliyinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə dövlət şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.
Onun sözlərinə görə, bu, beynəlxalq maliyyə institutlarının SOCAR-a olan inamının və etibarının göstəricisidir: "Bu gün bu banklar və maliyyə institutları SOCAR-a çox aşağı faizlərlə kreditlər ayırır. Biz özümüz də çalışırıq ki, bu kreditlər uzunmüddətli olmasın. Bu səbəbdən son zamanlar biz banklardan maksimum 5% olmaqla, 5 illik kredit alırıq".
Vitse-prezident əlavə edib ki, SOCAR borclanmaya meylli deyil və bu səbəbdən daxili mənbələrdən kredit cəlb etməyə çalışır. "Məsələn, daxili mənbə kimi, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1,2 milyard dollar həcmində kredit alıb", - deyə o bildirib.
"APA-Economics"