Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-05-2016, 14:50)
“Banklar iflic vəziyyətdədir”

vahid-ehmedovAzərbaycanda banka aidiyyatı olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.

Mediatv.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin bugünkü iclasında qəbul edilib.

Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər 10 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyatı olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda, hüquqi şəxslər 5 min  manatdan 10 min manatadək miqdarda cərimə ediləcək. Deputat Fazil Mustafa bildirib ki, çox vaxt vətəndaşlar tələm-tələsik kreditin xarici və ya milli valyutada olduğunu dəqiq bilmədən sənədə imza atır və sonradan problem yaşayır.

“Devalvasiyadan sonra banklara 1,6 milyard manat əlavə pul ödənməlidir. Banklar haqlı olaraq pulunu tələb edir.

Vətəndaş da haqlıdır ki, krediti götürdüyü vaxtdakı xarici valyuta ilə ödəmək istəyirlər.

Bu istiqamətdə Mərkəzi Bank iş görmür, yalnız 3 banka vəsaitlərinin 71 faizini verib.

Ölkədə 37 bank var və onların 50 faizinin kredit borclarını qaytarması ilə problemi var. Onlara dəstək verilməsi lazımdır ki, 2 milyarda yaxınlaşan borcları 1 milyardı ödənilsin. Vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. Burada qanuna dəyişiklik edirik, amma problem özlüyündə həll olunmur. İntiharların sayı artır, insanların əksəriyyəti ailə problemi ilə qarşılaşır.

Burada Milli Məclisin təşəbbüs göstərməsi lazımdır ki, insanları acınacaqlı vəziyyətdən çıxardaq. Hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi, amma vətəndaşa kömək üçün addım atılmır. Devalvasiyadan sonra yaranmış vətəndaşların kredit məsələsində ən azı qanunvericilik təşəbbüsü formasında layihələrin verilməsi vacibdir.

Suyun qiyməti qalxdı, sosial şəbəkələrdə qazın, işığın mərhələli qiymətlərinin artacağı deyilir və qeyd olunur ki, təkliflər verilib. Borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər?! Bu sosial durumun ağırlaşmasına səbəb olacaq. Şərait yaratmaq lazımdır ki, insanlar sıxıntılı vəziyyətdən çıxsınlar”.

Deputat Vahid Əhmədov da problemlərdən danışıb.

“Devalvasiyadan sonra insanlar və banklar arasında problemlər qalaqlanır. Banklarda yaranmış problemlə bağlı təklif etdim ki, bank sistemini İqtisadi siyasət komitəsinə və ya Milli Məclisin plenar iclasına dəvət edib, müzakirə etmək lazımdır.

Bununla bağlı rəhbərlik tərəfindən cavab verilməyib. Həmkarım Əli Məsimli ilə birlikdə xüsusi təklif paketi hazırlayaraq prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və spiker Oqtay Əsədova vermişik.

Vaxtı gözləyirik, 1 ay vaxt keçsin, təkliflərə hansı nəticələrə gəlinməsi barədə həmin qurumlardan cavab gözləyirik. Bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Çünki hal-hazırda bank sistemi dayanıb, hüquqi və fiziki şəxslərə kredit verilmir, likvidlik və kredit portfeli məsələsi həll olunmayıb. Banklar faktiki olaraq iflic vəziyyətindədir”.

Deputat Araz Əlizadə qeyd edib ki, burada təkliflər səsləndirilsə də onlar reallaşmır və elə zalda da qalır. “Bankların gününə ağlamaq lazımdır deyilir, bəs insanların gününə kim ağlayacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vahid Əhmədova müraciət edərək bildirib ki, onların təklifi yaxın zamanlarda müzakirə ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.(Azadliq.info)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024