Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (3-05-2016, 15:33)
3-cü dövlət bankı yaradıla bilər – “Beynəlxalq” və “Standart”dan sonra növbə kimdədir?

1376397813-banca bank

 

“Proseslər üçüncü dövlət bankının yaranmasına və ya “Beynəlxalq Bank”ın daha da böyüməsinə doğru gedir”
“Devalvasiyanın banklara vurduğu zərərin fəsadları üzə çıxmağa başlayıb. Hökumət də Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında devalvasiyasının “qurbanlarından” olan “Bank Standart”ı xilas etməyə çalışır”.

Mediatv.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev səsləndirib. Onun sözlərinə görə, bundan əvvəl problemin həlli bankların ümidinə buraxılmışdı və dəstək niyyəti müşahidə edilmirdi: “İlin əvvəlində Mərkəzi Bank sektorda təmizləmə əməliyyatına başlasa da, bu proses dayandırıldı. Çünki bağlanmalı banklardan biri də “Bank Standart” idi. Həmin bankın bəxti sadəcə ona görə gətirdi ki, onun depozit portfeli çox böyük idi. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin dediyi kimi, depozitlərin həcminə görə ölkənin ikinci ən böyük bankı idi. Təəssüf ki, depozitin həcmi barədə məlumat verilmir. Ancaq müxtəlif məlumatlara görə, söhbət ən azı 600 milyon manatlıq portfeldən gedir. Artıq həmin dövrdə məlum idi ki, bankın kapitalının həcminin qarşısında sıfırdan kiçik olan riyazi “-” işarəsi yaranıb. Aylar idi əmanətlərin qaytarılmasında problem yaranmışdı. Bank bağlansaydı pulu qaytarmağa nə Əmanətlərin Sığortalanması Fondunun vəsaiti çatardı, nə də bankın özünün”.

Samir Əliyev

Samir Əliyev

S.Əliyev qeyd edib ki, problemin belə acınacaqlı vəziyyətə gəlib çıxmasında həm bankın rəhbərliyinin məsuliyyətsiz idarəçiliyinin, həm də hökumətin büdcəni qorumaq məqsədilə atdığı addımlarının rolu var: “Bankın risk menecmentini düzgün qurmaması və ardınca hökumətin banklara 2 dəfə devalvasiya “hədiyyəsi” ona gətirib çıxartdı ki, kreditlərin ödənişində problemlər yarandı və bankın kapitalı mənfiyə düşdü. İndi sual oluna bilər. Palatanın bu addımı doğrudurmu? Bu addımın lehinə və əleyhinə kifayət qədər dəlilləri sadalamaq olar. Əleyhinə olan əsas dəlillər bununla bağlıdır ki, niyə digər banklar yox, məhz bu bank? Niyə kiminsə məsuliyyətsiz və qeyri-şəffaf idarəçiliyinin bədəlini vergiödəyiciləri ödəməlidir? Kim zəmanət verir ki, sağlamlaşdırmadan sonra oxşar vəziyyət yaranmayacaq və həmin bank yenidən hansısa oliqarxın nəzarətinə keçməyəcək? 
Palatanın addımını təqdir edən amillər də var. Bankın sektordakı payından tutmuş əmanətçilərin əmanətlərinin taleyinə qədər olan amillər”.
Ekspert bütün bunlara rəğmən palatanın addımını düzgün qiymətləndirir və dəstəyin digər banklara da müxtəlif hədlərdə olacağına ümid edir: “Palatanın təklif etdiyi 15 milyon manat bankın problemi üçün kifayət etməyəcək. Yarım milyard manatdan çox depozit portfeli olan, ondan da çox kredit portfelinə malik bank üçün bu vəsait müqayisə olunmayacaq qədər azdır. Hökumətin gələcək planı ya aydın deyil, ya da yoxdur. Görünən odur ki, proseslər üçüncü dövlət bankının yaranmasına və ya “Beynəlxalq Bank”ın daha da böyüməsinə doğru gedir. Moratorium götürüldükdən sonra (əgər uzadılmasa) dövlətin banka ayıracağı vəsait mütləq əmanətlərin ödənilməsinə gedəcək. Əmanətçilər bankı tərk edəcəklər, şirkətlər bankı tərk edəcəklər. Bir sözlə, bank getdikcə kiçiləcək”.
S.Əliyev bildirib ki, hər bir halda hökumət bankı tam xilas edə bilməyəcək: “Çünki bankın xilası xeyli vəsait tələb edir. Həmin vəsaiti hökumət ödəmək iqtidarında deyil. Yəqin ki “Beynəlxalq Bank” variantı olacaq. Zərərli aktivlər “Aqrarkredit” bank olmayan kredit təşkilatına yönləndiriləcək. İstənilən halda bankın bundan sonrakı fəaliyyəti çətin görünür. Fikrimcə, hökumətin əsas hədəfi bankın gələcəkdə ləğv edilməsi olmalıdır. Yaxın aylarda niyyət daha aydın görünəcək. Proses isə digər banklarda davam edəcək. Amma yenə də dollarda kredit götürən müştərilərə dəstək verən olmayacaq. İndi hamını bir sual düşündürür: “Beynəlxalq Bank” və “Bank Standart”dan sonra növbə kimindir?”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024