İqtisadiyyat (18-03-2016, 23:17)
Azərbaycanda valyutanın gətirilməsi və çıxarılmasının - Yeni qaydaları
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 50 000 ABŞ dollarından artıq məbləğı yalnız bank və ya poçt operatorları vasitəsilə köçürmələr yolu Azərbaycandan çıxara bilərlər.
Mediatv.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları"nda nəzərdə tutulub.
Qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər gömrük prosedurlarına riayət etməklə qeyri-məhdud sayda valyutanı Azərbaycan ərazisinə gətirə bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 ABŞ dolları ekvivalenti məbləğindən 50 000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər.
Bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Trend.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024