Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-03-2016, 15:52)
""Üzən məzənnə"dən imtina mümkün deyil" - Ekspert

“Mərkəzi Bank “üzən məzənnə” rejiminə tam keçə bilmədiyindən bu rejimdən imtina etmək mümkün deyil”

 

Mediatv.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov “üzən məzənnə”dən imtina edilməsi ilə bağlı iddiaya münasibət bildirərkən deyib. 

“Mərkəzi Bank üzən valyuta rejiminin prinsiplərindən fərqli olaraq marj müəyyənləşdirmişdi. Belə ki, kommersiya bankları Mərkəzi Bankın rəsmi kursundan 4 % çox kurs müəyyənləşdirə bilməzdilər. Halbuki, “üzən məzənnə” rejimində kursu bazar müəyyənləşdirdiyi üçün Mərkəzi Bankın rəsmi kursu bazara uyğun müəyyənləşdirilir. Azərbaycanda isə bazar kursu Mərkəzi Bankın kursuna uyğunlaşdırılırdı”,- deyə ekspert bildirib.

İqtisadçı hesab edir ki, Mərkəzi Bank “üzən məzənnə” rejiminə keçdiyini bildirsə də, bu mümkün olmayıb: “Bu baxımdan “üzən məzənnə” rejimindən imtina mümkün deyil. Mərkəzi Bank “üzən məzənnə”yə keçdiyini elan etdikdən sonra, yalnız bir gün - 8 yanvar 2016-cı ildə üzən valyuta rejiminə keçməyə cəhd göstərdi. Həmin gün Mərkəzi Bankın qərarı ilə banklara məzənnəni gün ərzində dəyişməyə imkan verildi. O zaman 1 dollar 1,90 ANS-ə kimi bahalaşdı. Həmin günün sonunda Mərkəzi Bank məhz bu qərarı ləğv etdi və 4%-lik marj müəyyənləşdirdi. Nə qədər ki, Mərkəzi Bankla bazar arasında 4%-lik marj var və rəsmi məzənnə bazardakı kursu müəyyənləşdirir, o vaxta qədər üzən valyuta rejiminə keçid real olmayacaq”.

V.Bayramovun fikrincə, manatın məzənnəsindəki son azalmalar dollara tələbatın artması və bazardakı psixoloji gərginliklə bağlıdır. Onun sözlərinə görə, idxalın müəyyən qədər aktivləşməsi məzənnəyə təsirsiz ötüşmür. 

Dolların bahalaşmasının psixoloji təsirindən söz açan ekspert hesab edir ki, yeni devalvasiyanın olacağı ilə bağlı məlumatlar bazarda dollara tələbatı xeylir artırıb. 

Qeyd edək ki, Report.az-ın yaydığı məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir. Saytın analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik etməsi ilə izah oluna bilər. Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN/USD olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 mln. dollar çıxarıldığı da müşahidə olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024