İqtisadiyyat (19-02-2016, 12:06)
Meliorasiya və Su Təsərrüfatı” ASC hazırki dövrün qənaətcilliyi artırmağa, səmərəliliyi yüksəltməyə yönəlik çağırışlarına səs verir
* Xalqın taleyüklü problemlərini həll etmək zərurəti əbədi liderimiz Heydər Əliyevi zirvəyə ucaltmış, doğma xalqını da ardınca aparmağa sövq etmişdir. Bunun müqabilində Azərbaycan xalqı da Heydər Əliyev dühasından bəhrələnərək mənən güclənmiş, siyasi və iqtisadi inkişaf yolları ilə irəliləmiş, öz işıqlı gələcəyini təmin etməyə qadir olduğunu sübuta yetirmişdir. Sonrakı dönəmdə ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev onun ideyalarını uğurla davam və inkişaf etdirmişdir. Bu inkişaf və tərəqqidən Azərbaycanın meliorasiya və su təsərrüfatı sisteminə dəəhəmiyyətli pay düşmüşdür. Tarixə çevrilən 2015-ci il ölkəmizin su təsərrüfatı və meliorasiya sistemi üçün uğurlu göstəricilərlə yadda qaldı. “Meliorasiya və Su Təsərrüfatı” ASC -nin sədri, Azərbaycan dövləti, dövlətçiliyi qarşısında böyük xidmətləri olan, Ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarına sadiq, fəal vətəndaşlıq mövqeyinə malik görkəmli ziyalı cənab Əhməd Əhmədzadənin “Şöhrət” ordeninə layiq görülməsi təkcə Səhmdar Cəmiyyətin struktularında çalışan tərəqqipərvər Azərbaycan vətəndaşları tərəfindən deyil, bütövlükdə respublika ictimaiyyəti tərəfindən məmnunluqla qarşılandı. Səhmdar Cəmiyyət rəhbərinin bu şərəfə layiq görülməsi, habelə Prezident İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli digər Sərəncamıyla 2015 - ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi meliorasiya və su təsərrüfatı işçilərinin məsuliyyətini xeyli artırdı. Bu məqsədlə keçən il konkret tədbirlər həyata keçirildi. Dövlətimizin başçısının Sərəncamı ilə Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumilikdə 7100 hektar (5415 hektar yeni suvarılan), Siyəzən rayonunda isə 4670 hektar (3963 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırıldı. Bu da yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcəkdir. Şabran rayonunda isə meliorativ tədbirlər həyata keçirildi. 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı zonasında isəəkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikinti işləri görülmüşdür. Möhtərəm Prezidentimizin Sərəncamı ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habeləəhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300-ə yaxın subartezian quyusu qazıldı. Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və tikintisi işləri davam etdirilmişdir. Cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafına olan diqqət və qayğısı ardıcıldır. Dövlətimizin başçısının ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə dair xüsusi iclas keçirilməsi bu qayğı və diqqətin parlaq təzahürüdür. Dövlətimizin və onun başçısı cənab İlham Əliyevin diqqət və qayğısına söykənən, ulu öndərimizin müəyyən etdiyi kursa sadiq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, onun çoxminli kollektivləri möhtərəm cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında şübhə yoxdur ki, qarşılarına qoyulmuş vəzifələri uğurla yerinə yetirmək üçün bundan sonra da səylə çalışacaq, hazırki dövrün qənaətcilliyi artırmağa, səmərəliliyi yüksəltməyə yönəlik çağırışlarına səs verəcəklər.