İqtisadiyyat (4-02-2016, 09:18)
Dollar ucuzlaşdı, Neft bahalaşdı
Neftin qiyməti 36 dollara yaxınlaşıb
Mediatv.az xəbər verir ki, dünya bazarlarında neft bahalaşır. “Marja” xəbər verir ki, dünən axşamdan başlayaraq neft kəskin bahalaşıb.
Brent neftinin barrelinin qiyməti 7,5% yüksələrək 35,55 dollara, ABŞ xam neftinin qiyməti isə 8,5% qalxaraq 32,85 dollara çıxıb.
DOLLAR UCUZLAŞIB
ABŞ-da məyusluq yaradan xidmət sektor aktivliyi göstəricisinin açıqlanmasından sonra dollar böyük pul vahidləri qarşısında geri çəkilib
ABŞ valyutası Dollar böyük pul vahidləri qarşısında yeddi ilin ən böyük tənəzzülünü qeyd edib.
Bloomberg Dollar Spot indeksi xidmət sektor indeksinin 2 ilin ən yavaş artımını qeyd etməsi və bu vəziyyətin ölkə iqtisadiyyatının gücünə dair narahatlıqlara təkan verməsilə 1.9% düşüb. Bu, 2009-un Mart ayından bəri ən böyük geriləmə olub.
AVRO CİDDİ BAHALAŞIB
Dollar avro qarşısında da dəyər itirib və məzənnə 1.1118-i görüb. Avro beləliklə, Oktyabrdan bəri ən yüksək səviyyəyə çıxıb. Dollar yen qarşısında isə 2.02% geriləmə ilə 117.05-dən əməliyyat olunub. Bu, təxminən 2 həftədə görülən ən aşağı səviyyədir.
Dollar qarşısında Braziliya valyutası real 0.8%, Türk Lirəsi 0.4% dəyər qazanıb.